Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2562/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1900 (min doqquz yüz) manat əsas, 471,42 (dörd yüz yetmiş bir manat, qırx iki qəpik) manat faiz, 0 manat cərimə, 23,85 (iyirmi üç manat, səksən beş qəpik) manat komisyon, cəmi 2395,27 (iki min üç yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 36 % ödəmək şərti ilə 10.000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı tərəfindən cavabdehin cari hesabına 30.04.2019-cu il tarixində illik 29 faiz, 84 ay müddətinə 1600 manat məbləğində kredit köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə borcalana kredit xətti ayırır, ona bank hesabı (cari, ssuda) açır və plastik kart təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 1900 (min doqquz yüz) manat əsas, 471.42 (dörd yüz yetmiş bir manat, qırx iki qəpik) manat faiz, 0 manat cərimə, 23.85 (iyirmi üç manat, səksən beş qəpik) manat komisyon, cəmi 2395.27 (iki min üç yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləki, mülki iş materiallarında olan: - "xxxx" Kommersiya Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30.04.2019-cu il tarixli, 2166sGNDJ/19 saylı kredit müqaviləsindən görünür ki, borcluya 84 ay müddətinə, illik 36% ödəmək şərti ilə ilə 10.000 manat məbləğində kredit limiti ayrılmışdır. - 06.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 30.04.2019-cu il tarixli, 2166sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən borcalanın Banka 1900 (min doqquz yüz) manat əsas borc, 471.42 (dörd yüz yetmiş bir manat, qırx iki qəpik) manat faiz borcu, 0 manat cərimə, 23.85 (iyirmi üç manat, səksən beş qəpik) manat komisyon borcu olmaqla cəmi 2395.27 (iki min üç yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" X3 Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 30.04.2019-cu il tarixli, 2166sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən 1900 (min doqquz yüz) manat əsas borc, 471.42 (dörd yüz yetmiş bir manat, qırx iki qəpik) manat faiz borcu, 0 manat cərimə, 23.85 (iyirmi üç manat, səksən beş qəpik) manat komisyon olmaqla, cəmi 2395.27 (iki min üç yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat borc tutularaq "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat əsas borc, 471,42 (dörd yüz yetmiş bir manat, qırx iki qəpik) manat faiz borcu, 0 manat cərimə, 23,85 (iyirmi üç manat, səksən beş qəpik) manat komisyon olmaqla, cəmi 2395,27 (iki min üç yüz doxsan beş manat, iyirmi yeddi qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2562/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2562/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver