Məhkəmə qərarları › İş №2(044)-257/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-257/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-257/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh 6050 manat məbləğində pulun və 81 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Gəncə-Şəmkir şossesi 7-ci km-də yerləşən ROD” S mehel salonunda direktor vəzifəsində calışır. Cavabdeh və “ROD S” mebel salonu arasında bağlanmış 000173 nömrəli 04.02.2021-ci 11 tarixli ödəmə muqaviləsinə əsasən, Çin Respublikasının istehsalı olan 9083 modelli qonaq dəsti almışdır. Qonaq dəsti-9083 modelinə aiddir: qorka (servant) 2 qapılı 1 ədəd, televizor altlığı 1 ədəd, masa 1 ədəd, stul 6 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, yurnal masası 1 ədəd. Cavabdeh ödəmə müqavilə əsasında aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixlərində qeyri şərtsiz ödəyəcəyinə öhdəlik göturmürşdür. Lakin cavabdeh muqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ödədiyi tarix və pulun məbləği “ödəmə müqaviləsində” göstərilmişdir. Nəticədə cavabdehin 000173 nömrəli, 04.02.2021-ci 11 tarixli ödəmə muqaviləsi üzrə ona 6050 manat borcu yaranmışdır. Cavabdehlə aralarında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli ödəmə müqaviləsindən görünür ki, Cavabdeh 11.000 manat məbləğində mebel almış, həmin məbləğdən 3850 manat ilkin ödəniş etmiş, 7150 manat borcu qalmışdır. Həmin müqavilənin cədvəl hissəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1100(bir min yüz manat)məbləğində ödəniş edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında höstərdi ki, cavabdeh 200 manat sonuncu ödənişini Milli Ön terminalı vasitəsilə ödəmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinin qismən etiraf edilməsinə dair ərizə təqdim edərək məhkəmədən 5850 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.Belə ki, o iddianın qəbul edilməyən hissəsi ilə bağlı onu qeyd edir ki, 200 manat məbləğində pul Milli Ön ödəmə terminalı vasitəsilə göndərilmiş, ancaq həmin məbləğ nəzərə alınmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Çin Respublikasının istehsalı olan-9083 modeli qonaq dəsti almış, ümumi dəyəri 11.000 manat olan qonaq dəstinə görə yaranmış 7150 manat borcundan cəmi 1100 manat ödəniş etsə də qalan 6050 manatı ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə cavabdehin iddiaçıya 5850 manat borcunun olmasına dair gətirdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, ödəniş cədvəlindən görünür ki, əvvəlki ödənişlər yerində ödənilərək, ödəyici tərəfindən imzalansa da, mübahisəli 200 manatın ödənişi müştəri tərəfindən imzalanmamışdır. Bu da onu deməyə əsas verir ki, həqiqətən də sonuncu ödəniş olan 200 manat Milli Ön terminalı vasitəsilə ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, 6050 manat borc və 81 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6050 manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 81 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar