Məhkəmə qərarları › İş №2(044)-2570/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2570/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2570/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 2500 (iki min beş yüz) manat əsas, 649.68 (altı yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat faiz, 0 manat cərimə, cəmi 3149.68 (üç min yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərti ilə 20.000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 faiz (minimum 20 manat) məbləğədək kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına 06.03.2020-ci il tarixində illik 29.5 faiz, 45 ay müddətinə 2500 manat məbləğində kredit köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə və bu müqaviləyə əsasən kreditor yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 06 aprel 2021-ci il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 2500 (iki min beş yüz) manat əsas, 649.68 (altı yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat faiz, 0 manat cərimə, cəmi 3149.68 (üç min yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Beləki, mülki iş materiallarında olan: - "xxxx" Kommersiya Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 1687sGNDJ/20 saylı kredit müqaviləsindən görünür ki, borcluya ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərti ilə ilə 20.000 manat məbləğədək kredit, kredit prosedurlarına görə 5 faiz məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. - 06.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 1687sGNDJ/20 saylı kredit müqaviləsinə əsasən borcalanın Banka 2500 (iki min beş yüz) manat əsas borc, 649.68 (altı yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 3149.68 (üç min yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" X4 Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 06.03.2020-ci il tarixli, 1687sGNDJ/20 saylı kredit müqaviləsinə əsasən 2500 (iki min beş yüz) manat əsas borc, 649.68 (altı yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat faiz borcu, 0 manat cərimə, cəmi 3149.68 (üç min yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat borc tutularaq "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat əsas borc, 649.68 (altı yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat faiz borcu, 0 manat cərimə, cəmi 3149.68 (üç min yüz qırx doqquz manat, altmış səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar