Məhkəmə qərarları › İş №2(044)-2578/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2578/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2578/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, cavadeh Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X3 Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə vurulmuş ziyanla bağlı 480 (dörd yüz səksən) manat məbləğin Cavabdeh alınaraq X2 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacı Cavabdeh tərəfindən kəsilmiş, bu barədə inzibati xəta haqqında protokol və akt tərtib edilmişdir Təbiətə dəymiş ziyan “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” haqqında xx xxxxxxx 2016-cı il tarixli 421 saylı Qərarın 4-cü bəndində göstərilmiş 1 saylı əlavə ilə təsdiq edilmiş Qeydlər bölməsinin 2-ci bəndinə əsasən 480 manat hesablanmışdır. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş X2 üzrə Dövlət fondu haqqında Əsasnaməyə uyğun olaraq dövlət fondunun müvafiq hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müvafiq idarəsinə təqdim edilməlidir. 480 (dörd yüz) manat məbləğin könüllü şəkildə ödənilməsi üçün Cavabdeh məktub ünvanlanmış, lakin ödəmə həyata keçirilməmişdir. Hazırda həmin pulun cavabdehdən tutularaq X2 üzrə Dövlət Fonduna ödənilməsini barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da, məhkəməyə ünvanlanmış məktubda məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Quliyev küçəsi, bina 24, mənzil 11-in qarşısında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin obyektin qarşısında 1 ədəd köküstə yaş Qarağac ağacı olmuşdur, lakin həmin ağacı o, kəsməmişdir. Həmin ağacın kəsilərək məhv edilməsi müvafiq səlahiyyətli orqan tərəfindən aşkar edildikdən sonra həmin hadisə ilə bağlı inzibati araşdırmanın getməsindən onun məlumatı olmuş, həmçinin barəsində çıxarılmış inzibati xəta haqqında protokoldan və onun həmin ağacın kəsilib məhv edilməsi ilə əlaqədar barəsində inzibati cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərardan da məlumatı olmuş, həmin qərar onun ünvanına göndərilmişdir. Həmin ağacı o, kəsmədiyindən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə ünvan 1, bina 24, mənzil 11-in qarşısında yerləşən qeyri-yaşayış sahəsinin qarşısında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacı Cavabdeh tərəfindən kəsilmiş, bu barədə inzibati xəta haqqında protokol və akt tərtib edilmişdir. Regional Ekologiya və X3 tərəfindən ünvan 1, bina 24, mənzil 11-də yerləşən qeyri-yaşayış obyektinin qarşısında Cavabdeh tərəfindən tərəfindən 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacı kəsildiyinə görə onun barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş və o, 2200 manat məbləğində inzibati cərimə edilmişdir. Təbiətə dəymiş ziyan “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası” haqqında xx xxxxxxx 2016-cı il tarixli 421 saylı Qərarın 4-cü bəndində göstərilmiş 1 saylı əlavə ilə təsdiq edilmiş Qeydlər bölməsinin 2-ci bəndinə əsasən 480 manat hesablanmışdır. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən 30 gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş X2 üzrə Dövlət fondu haqqında Əsasnaməyə uyğun olaraq dövlət fondunun müvafiq hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə müvafiq idarəsinə təqdim edilməlidir. 480 (dörd yüz) manat məbləğin könüllü şəkildə ödənilməsi üçün Cavabdeh məktub ünvanlanmış, lakin ödəmə həyata keçirilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən tərtib edilmiş 55772, 319/xx.xx.2019 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən yerində baxış keçirilərkən ünvan 1, bina 24, mənzil 11-in ünvanında qeyriyaşayış obyektinin qarşısında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacının kəsilərək məhv edilməsi aşkar edilmiş, araşdırma zamanı həmin ağacın Cavabdeh tərəfindən kəsilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MN 0305628saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1, bina 24, mənzil 11-də qeyri-yaşayış obyektinin qarşısında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacının Cavabdeh tərəfindən kəsilərək məhv edilməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1, bina 24, mənzil 11-də qeyri-yaşayış obyektinin qarşısında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacı Cavabdeh tərəfindən kəsilərək məhv edilməsi ilə bağlı o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2200 manat inzibati cərimə olunması barədə qərar qəbul edilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə ünvan 1, bina 24, mənzil 11-də qeyri-yaşayış obyektinin qarşısında 1 ədəd diametri 4 sm olan köküstə yaş Qarağac ağacı Cavabdeh tərəfindən kəsilmiş, onun bu əməli inzibati icraat qaydasında araşdırılmış və həmin əməli törətməsi təsdiq olunduğundan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh təbiətə 480 (dörd yüz səksən) manat məbləğində ziyan vurduğundan 480 (dörd yüz səksən) manat cavabdehdən tutularaq X2 üzrə Dövlət Fonduna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 480 (dörd yüz) manat məbləğində pul alınaraq X2 üzrə Dövlət Fonduna ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar