Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2582/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan, əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun, itirdiyi illik faydaya görə 2000 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 22030 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxararaq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mətnindən və mahiyyətindən müəyyən olunur ki, bu iddia hakimin hakimlik fəaliyyəti ilə bağlı olan maddi ziyanın ödənilməsi barəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə görə hakimlər toxunulmazdırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Həmin Qanunun 101-ci maddəsinə əsasən hakimlər Məhkəmə-Hüquq Şurasının razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Hakimlər baxdıqları işlərlə bağlı vurulan maddi ziyana görə öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan, əldən çıxmış fayda” barədə iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2582/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2582/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver