Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2591/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün onun yetkinlik yaşına çatanadək hər ay 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi və X4 müalicəsi üçün hər ay 100 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X8 anadan olmuş, hazırda uşaq onun himayəsindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşağın saxlanması üçün hər ay 154 manat miqdarında alimentin onun xeyrinə tutulması qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı azaldılaraq 130 manat məbləğində müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılaraq, alimentin miqdarı 154 manat müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanmasında yetərli deyildir. Cavabdeh hazırda “xxxxxxxxxxxx” ASC-nin Bakı filialında problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləyir və əmək haqqında əlavə iş rejiminə görə bonuslar da olur, lakin uşağın saxlanmasına biganə yanaşır, əsas kimi yeni ailə qurmasını, uşağının olmasını göstərir. Onun uşağı onsuz da ata sevgisindən məhrumdur. O, uşağın saxlanmasında maddi çətinlik çəkir, uşağı bu il 1-ci sinifə gedəcəkdir, eyni zamanda uşağı Fidan Gəncə şəhəri “xxxxxxxxxxxxxx” MMC-nin X16 Mərkəzində “Kəskin bronxit” diaqnozu ilə ambulator müalicə almış, yenidən Fidanın müalicəyə ehtiyacı vardır. 2018-ci ildə uşağın həkim və müalicə xərclərini təkbaşına özü qarşılamışdır. Hazırda isə maddi çətinlik çəkdiyindən uşağın xəstəlik xərclərini ödəyə bilmir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında bildirdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə ailə qurmuşlar və onların xx.xx.2014-cü il tarixdə X8 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və ayrılmışlar, uşaq iddiaçının himayəsindədir, hər ay cavabdeh 154 manat aliment iddiaçının xeyrinə ödəyir. O, özü uşaq həkimidir və uşağa vaxtında peyvənd vurulub, uşaq hazırda xəstə deyildir. Cavabdeh hazırda başqa qadınla ailə qurmuş, övladı da var, onun aylıq əmək haqqı 670 manat təşkil edir. İddiaçı isə musiqi müəlliməsi işləyir və onun aylıq əmək haqqı 875 manat təşkil edir. Hazırda cavabdeh özü ürək xəstəsidir, xəstəliyi ilə əlaqədar müalicə alır və Bakı şəhərində kirayədə yaşayır və “xxxxxxxxxxxx” ASC-nin filialında kredit mütəxəssisi işləyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X8 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-676/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməsinin surətindən görünür ki, xx.xx.2014cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay 154 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2001/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-676/2018-ci il tarixli qətnaməsi alimentin məbləğində aid hissədə dəyişdirilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutularaq iddiaçı X6 xeyrinə ödənilən sabit pul məbləğində alimentin çiqdarı dəyişdirilərək hər ay 130 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6187/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)-2001/2018 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 154 manat müəyyən edil edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 nikahları 24 02.2017-ci il tarixdə 461 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahlarından xx xxxxxxxx 2010-cu il tarixdə X9 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Mədəniyyət İdarəsi 4 saylı yeddillik X15 tərəfindən verilmiş 5/1 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Gəncə şəhər 4 saylı Uşaq Musiqi məktəbində fortepiano müəllimi işləyir və onun aylıq əmək haqqı 875 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 428 saylı tibbi arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və məktəbə gedə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1188 saylı arayışdan görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri “xxxxxxxxxxxxxx” MMC-nin X16 Mərkəzində həkim pediyatır Həsənova Təranənin qəbulunda olmuş və inqalasiya proseduru keçmişdir və həmin tarixdən sonra pasient Tibb Mərkəzinə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə iddia tələbinin X4 müalicəsi üçün hər ay 100 manat məbləğində pulun alınıb ona verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6187/2018 saylı qərarı ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2040 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-6187/2018 saylı qərarı ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2591/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2591/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2591/2020
29.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver