Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2599/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.05.2005-ci il təvəllüdlü X3 və 01.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli, 2(044)-612/2013 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X6 ilə arasında olan 01 oktyabr 2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış 978 saylı akt qeyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olan 01 sentyabr 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək onun himayəmdə saxlanılması qət edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 28 iyun 2013cü il tarixli, 2(044)-1373/2013 saylı qətnaməsinə əsasən iddia tələbim qismən təmin edilmiş, 06 iyun 2013-cü il tarixdən başlayaraq 01 sentyabr 2008-ci il tarixdə anadan olmuş X2 və 29 aprel 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4215/2017 saylı, 09 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəmsinin 28 iyun 2013-cüil tarixli, 2(044)-1373/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artıtılaraq, Cavabdeh 20.05.2005-ci il təvəllüdlü X5 və 01.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar onun himayəsindədir. Cavabdehlə birgə nikahlarından anadan olmuş 20.05.2005-ci il təvəllüdlü X5 və 01.09.2008-ci il təvəllüdlü X1 üçün ödədiyi alimentin məbləği uşaqların saxlanılmasına yetmir. Ona görə də yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyul 2011-ci il tarixli AZ-İİ 705382 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 29.04.2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 551 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.10.2008-ci il tarixli AZ-İİ 127264 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 01.09.2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1291 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 29.03.2013-cü il tarixli 2(044)-612/2013 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İsgəndərova (İmamverdiyeva) Sevinc Musa qızının arasında Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 01.10.2007-ci il tarixdə 978 saylı akt qeydi ilə rəsmiləşdirmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından anadan olmuş 01.09.2008-ci il təvəllüdlü X2 İsgəndərova (İmamverdiyeva) Sevinc Musa qızının yanında saxlanılması qət edilmişdir; Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, 06 iyun 2013-cü il tarixdən başlayaraq 20.05.2005-ci il təvəllüdlü X3 və 01.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğinin tutulması qət edilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(044)-4215/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli, 2(044)-1373/2013 qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 20.05.2005-ci il təvəllüdlü X5 və 01.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, o həmin pulla uşağı saxlamaqda çətinlik çəkir və heç bir yerdə işləmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir.Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin ondan başqa üç arvadı var və hər arvaddan da uşaqları mövcuddur. O,həmin arvadlardan doğulmuş uşaqlara da aliment ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş və nə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatlarını iddia ərizəsi və digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlanma saxlaması qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasının valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata kezirməyə məhkəmə qaydasgnda məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyрun olaraq yetkinlik yaşına çatmayan uşaqları saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasэnda tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamdıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Göründüyü kimi kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü – uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. İddiaçının məhkəmə iclasında verdiyi izahatından və iddia ərəzisənin məzmunundan müəyyən edilir ki, iddiaçı hər hansı bir sübuta istinad etməmiş, cavabdehin hər hansı qazancı və onun əmlak vəziyyətinin dəyişməsi barədə sübut təqdim etmədən, məhkəmə iclasında izahatında yalnız maddi cəhətdən uşaqları saxlamaqda çətinlik çəkməsi ilə tələbini əsaslandırmışdır. Yalnız iddia ərizəsində göstərilən hallara əsaslanaraq aliment məbləğinin artırılması aliment öhdəliyi olan cavabdehi maddi məhrumiyyətlərlə üz-üzə qoyaraq məhkəmə aktının da icra edilə bilməyən bir akta çevrilməsinə şərait yarada bilər. Başqa sözlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilərək, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilsə də, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. İddiaçı məhkəmə iclasında özü bildirmişdir ki, cavabdehin ayrıayrı arvadlardan da uşaqları vardır. Məhkəmə araşdırılması zamanı alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra iddiaçı cavabdehin maddi vəziyyyətində hər hansı dəyişikliyin olması ilə bağlı sübutlar təqdim etməmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadgqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Beləliklə, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Bununla yanaşı Ailə Məcəlləsinin 112.1-ci maddəsində güstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Əvvəlki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Əksinə iddiaçı bildirir ki, cavabdehin digər nikahlardan uşaqları mövcuddur, elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavadehin 29.01.2014-cü ildə doğulmuş Gülnarə adlı uşağı da vardır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2599/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2599/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver