Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2624/2021 23.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan İMEİ kodu **********08878 X2 7 markalı telefon üçün 188 manat ödənilməmiş hissə, 18 manat cərimə pulu, 15.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********16427 X2 8 markalı telefon üçün 477.6 manat ödənilməmiş hissə, 47.4 manat cərimə, ümumilikdə 731 manat borc və 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 20.12.2019cu il və 15.06.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********08878 X2 7 və İMEİ kodu **********16427 X2 8 markalı telefon almış, nəticədə cəmi 731 manat borcu yaranmışdır. Cavabdeh 20.12.2019-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 483 manat (12 ay x 38 manat + 27 manat ilkin ödəniş) olan İMEİ kodu **********08878 X2 7 markalı telefon üçün ümumilikdə 206 manat olmaqla, ondan 188 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə pulu borc yaranmışdır. Həmçinin cavabdeh 15.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573.6 manat ( 12 ay x 46.3 manat + 18 manat ilkin ödəniş) İMEİ kodu **********16427 X2 8 markalı telefon üçün ümumilikdə 525 manat olmaqla ondan, 477.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47.4 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh tərəfindən cəmi 391 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 20.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********08878 X2 7 markalı telefonu 483 manata almışdır. - Tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.01.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək 12 ay ərzində hər ay 38 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 15.06.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********16427 X2 8 markalı telefonu 573.6 manata almışdır. - Tərəflər arasında bağlanmış 15.06.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 28.07.2020-ci il tarixdən 28.06.2021-ci il tarixədək 12 ay ərzində hər ay 46.3 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 21.06.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 20.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 295 manat, ödənilməmiş məbləği 188 manat, cərimə məbləği 18 manat, ümumilikdə ödənilməmiş məbləği 206 manat, 15.06.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 96 manat, ödənilməmiş məbləği 477.6 manat, cərimə məbləği 47.4 manat, ümumilikdə ödənilməmiş məbləği 525 manat olmaqla cəmi ödənilməmiş məbləği 731 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 20.12.2019-cu il və 15.06.2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 20.12.2019-cu il tarixli müqavilə üzrə 188 manat ödənilməmiş hissə, 18 manat cərimə, 15.06.2020-ci il tarixli müqavilə üzrə 477.6 manat ödənilməmiş hissə, 47.4 manat cərimə olmaqla, ümumilikdə 731 (yeddi yüz otuz bir ) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2624/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2624/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver