Məhkəmə qərarları › İş №2(044)-264/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-264/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-264/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 07 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 oktyabr 2019-cu il tarixli, 800804-108563/3 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4048,25 manat, faiz borcu üzrə 3227,95 manat, cəmi 7276,20 manat və ödənilmiş 93,17 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş sənədlərindəki 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 800804- 108563/3 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmiş və 22 oktyabr 2021-ci il tarixə borclanan banka 4048,25 manat əsas borc və 3227,95 manat faiz borcu olmaqla, cəmi 7276,20 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə 359 gün gecikmə vardır.

3. İş sənədlərindəki “kredit müqviləsindən” görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında 23 oktyabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır.

4. İş sənədlərinə 23.10.2019-cu il tarixli ödəniş cədvəli(kredit müqaviləsinə 1 saylı əlavə) əlavə edilmişdir.

Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 oktyabr 2019-cu il tarixli, 800804- 108563/3 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4048,25 manat, faiz borcu üzrə 3227,95 manat, cəmi 7276,20 manat və ödənilmiş 93,17 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli, 800804-108563/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21% ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 7276,20 manat məbləğində borcu yaranmışdır.

7. İddiaya qarşı cavabdehin 06.01.2022-ci ildə məhkəməyə əizə ilə müraciət edərək iş üzrə faizin çox hesablandığını ona görə də məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2022-ci il tarixli 9/820 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi 23.10.2019-cu il tarixli 800804-108563/3 saylı kredit müqaviləsi üzrə Cavabdeh 22.10.2021-ci il tarixə İddiaçı ASC-nə olan əsas borcu 4004,82 manat, faiz borcu 925,53 manat təşkil edir.(ekspertiza xərci 100 manat)

9. İddiaçı ASC-nin nümayəndəsi, X2 məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianın qismən təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

11. Mülki Məcəllə

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

12. Mülki Prosessual Məcəllə:

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan qismən təmin edilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC-nin nümayəndəsi cavabdehlə aralarında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, 800804- 108563/3 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4048,25 manat, faiz borcu üzrə 3227,95 manat, cəmi 7276,20 manat və ödənilmiş 93,17 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasına təkid etmiş, cavabdehin yazılı vəsatəti əsasında təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 03.03.2022-ci il tarixli 9/820 saylı ekspert rəyini nəzərə almaqla məhkəmə tərəflər arasındakı mübahisə üzrə iddiaçının iddiasının qismən təmin edilməsinə dair nəticəyə gəlir. Məhkəmə iclasında təqdim edilmiş dəlilləri nəzərə alaraq qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə

Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 4004,82 manat, faiz borcu üzrə 925,53 manat, cəmi 4930,35 (dörd min doqquz yüz otuz manat otuz beş qəpik) manat və ödənilmiş 93,17 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ**********0000003944, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar