Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-265/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə quraraq cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş və tərəflərin birgə nikahlarından xx xxxxx 2002-ci il tarixdə İddiaçı2, xx xxxxxx 2005-ci il tarixdə X6 və xx xxxx 2011-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra uşaqları ilə birlikdə həmin mənzildə yaşamışlar. Sonralar cavabdeh uzun müddət cəzaçəkmə müəssisəsidə olduğundan İddiaçı1 etibarnamə göndərmiş və o, həmin etibarnamə əsasında sözügedən əmlakı əri Cavabdeh adına rəsmiləşdirmişdir. Hazırda cavabdehlə əlaqələri olmadığından iddiaçılar sözügedən mənzilə qeydiyyata düşə bilmirlər. Odur ki, məhkəmədən onun və uşaqlarının ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 uşaqları İddiaçı2, X6 və X5 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə quraraq cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş və tərəflərin birgə nikahlarından xx xxxxx 2002-ci il tarixdə İddiaçı2, xx xxxxxx 2005-ci il tarixdə X6 və xx xxxx 2011-ci il tarixdə X5 adlı üç uşaqları anadan olmuş və iddiaçı uşaqları ilə birlikdə həmin mənzildə yaşamışlar və halhazırda da həmin mənzildə yaşayırlar. İş materiallarından göründüyü kimi, iddiaçı və onun uşaqları mübahisəli mənzil sahəsi ilə bağlı bütün hüquqları həyata keçirmiş və mənzildən istifadə ilə bağlı vəzifələrin daşıyıcıları olmuşlar. Məhkəmə hesab edir ki, həmin şəxslər yaşayış sahəsindən istifadə hüquqlarını itirmədiklərindən onların qeyd edilən yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. Beləliklə də, iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin İddiaçı1 azyaşlı uşaqlarının ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2, X3 və X2 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüquqları tanınsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-265/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-265/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver