Məhkəmə qərarları › İş №2(044)-266/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-266/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-266/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan 05.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 50000 (əlli min) manat kredit borcunun və mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, cəmi 60000 (altmış min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu ilə 06.10.2015-ci il tarixdə kredit müqaviləsi bağlayaraq 50000 (əlli min) manat məbləğində 2 (iki) il müddətinə pul vermiş, cavabdeh 06.10.2017-ci il tarixində ona olan borcunu tam şəkildə qaytarmalı olduğu halda, dəfələrlə cavabdehə pulun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq onun haqlı tələbinə məhəl qoymamışdır. İddiaçının nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. Onun iddiaçıya borcu yoxdur. Onların arasında boya məhsulları ilə bağlı alverləri olmuşdur. O, məcbur olub notarial qaydada formal olaraq 50000 (əlli min) manat məbləğində pulu 06.10.2017-ci il tarixədək ödənilməsi şərti ilə kredit müqaviləsi bağlanmışdır. Onun İddiaçı borcu var idisə bu üç il ərzində iddiaçı niyə borcunu ondan tələb etməmişdir. O, iddiaçıya alverə görə olan borcunu tam ödəmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tərəflərin arasında 06.10.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi formal olaraq bağlanmış və cavabdehin iddiaçıya borcu yoxdur. Cavabdeh iddiaçıya olan borcunu şahidləriniştirakı ilə tam olaraq ödəmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu ifadəsində bildirdi ki, o, İddiaçı məxsus boya şirkətində işləmişdir. Cavabdeh də həmin şirkətdə işlədiyi müddətdə tanımışdır. Onun bildiyinə görə Cavabdeh iddiaçıya məxsus şirkətdən mal götürməsinə görə İddiaçı borcu yaranmışdır. Lakin Cavabdeh İddiaçı nə qədər borcu olmasını o, bilməmişdir. Cavabdeh hər dəfə Elşənə olan borcundan ödəniş etmək üçün ona pul göndərmiş, o, isə aparıb şirkətdə Afaq xanım adlı şəxsə vermiş, Afaq xanım olmayanda isə Elnur müəllimə vermişdir. Lakin İftixarın nə qədər borcu qalmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, həm İddiaçı və həm də Cavabdeh tanıyır. O, bilir ki, Cavabdeh İddiaçı məxsus boya şirkətindən mal götürmüş və bu səbəbdən də Cavabdeh İddiaçı borcu yaranmışdır. Cavabdeh ona iki dəfə pul göndərmiş, o, isə aparıb Elnura vermişdir. Elnur boya şirkətində səlahiyyətli şəxs olmuşdur. Cavabdeh ona pul göndərdiyi tarixlər yadında deyil. Cavabdeh iki dəfə onunla 1500 manat, cəmi 3000 manat pul göndərmişdir. 06.10.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 50000 (əlli min) manat məbləğində pul 06.10.2017-ci il tarixədək ödənilməsi şərti ilə verilmiş və aralarında kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarının 3-cü bəndinə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə iddia tələbinin mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 16.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50000 (əlli min) manat məbləğində pul 06.10.2017-ci il tarixədək ödənilməsi şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 50000 (əlli min) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 50000 (əlli min) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat və ödənilmiş 30 manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar