Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-266/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 2(044)- 266/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 2(044)-266/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 İlyas oğluna və Gəncə Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” və “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 2(044)- 266/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. MPM-in 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. MPM-in 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263-264-cü və 363.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli 2(044)-266/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-266/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-266/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver