Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2677/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, İddiaçı cavabdeh Gəncə şəhər “xxxxxx” Bank ASC-yə qarşı “ödəniş edilməsi üçün verilmiş müddətin artırılması tələbinə” dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən ona ödəniləcək pula görə 5 il müddət verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini nəzərdən keçirərkən müəyyən etdim ki, dövlət rüsümü ödənilmədən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli, 1436-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə 108.3-cü maddə əlavə edilmiş və həmin maddədə təsbit edilmişdir ki, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz Hökümət Ödəniş portalının və “Expresspay” Ödəniş sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı və digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1, 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldım: İddiaçı cavabdeh Gəncə şəhər “xxxxxx” Bank ASC-yə qarşı “ödəniş edilməsi üçün verilmiş müddətin artırılması tələbinə” dair ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2677/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2677/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver