Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2677/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 03.04.2018-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY markalı oyun konsulu və PLAYSTATİON-4 SONY pultu üçün 78 manat ödənilməmiş hissə, 7 manat cərimə, 12.11.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********14139 Samsung Galaxy A8 markalı telefon üçün 186 manat ödənilməmiş hissə, 18 manat cərimə, 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********35091 Samsung Galaxy A50 markalı telefon üçün 330 manat ödənilməmiş hissə, 33 manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY markalı oyun konsulu üçün 572 manat ödənilməmiş hissə, 57 manat cərimə, ümumilikdə 1281 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 03.04.2018-ci il, 12.11.2018-ci il, 07.08.2019-cu il və 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən PLAYSTATİON-4 SONY markalı oyun konsulu PLAYSTATİON-4 SONY pultu, İMEİ kodu **********14139 Samsung Galaxy A8 markalı telefon, İMEİ kodu **********35091 Samsung Galaxy A50 markalı telefon və PLAYSTATİON-4 SONY markalı oyun konsulu almış və nəticədə 1281 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.04.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1248 manat (24 ay x 52 manat + 0 manat ilkin ödəniş) PLAYSTATİON-4 SONY markalı oyun konsulu və PLAYSTATİON-4 SONY pultu üçün 85 manat olmaqla ondan, 78 manat ödənilməmiş hissə, 7 manat cərimə, 12.11.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti cəmi 1241 manat (18 ay x 62 manat + 125 manat ilkin ödəniş) İMEİ kodu **********14139 Samsung Galaxy A8 markalı telefon üçün 204 manat olmaqla ondan, 186 manat ödənilməmiş hissə, 18 manat cərimə, 07.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 726 manat (12 ay x 55 manat + 66 manat ilkin ödəniş) İMEİ kodu **********35091 Samsung Galaxy A50 markalı telefon üçün 363 manat olmaqla ondan, 330 manat ödənilməmiş hissə, 33 manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1058 manat (18 ay x 52 manat + 122 manat ilkin ödəniş) PLAYSTATİON-4 SONY markalı oyun konsulu üçün 629 manat olmaqla ondan, 572 manat ödənilməmiş hissə, 57 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 3107 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 03.04.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən PLAYSTATİON-4 SONY markalı oyun konsulu və PLAYSTATİON-4 SONY pultunu 1248 manata almışdır. - Tərəflər arasında bağlanmış 03.04.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 07.05.2018-ci il tarixdən 07.04.2020-ci il tarixədək 24 ay ərzində hər ay 52 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 12.11.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********14139 Samsung Galaxy A8 markalı telefonu cəmi 1241 manata almışdır. - Tərəflər arasında bağlanmış 12.11.2018-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.12.2018-ci il tarixdən 20.05.2020-ci il tarixədək 18 ay ərzində hər ay 62 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 07.08.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********35091 Samsung Galaxy A50 markalı telefonu 726 manata almışdır. - Tərəflər arasında bağlanmış 07.08.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.09.20189-cu il tarixdən 20.08.2020-ci il tarixədək 12 ay ərzində hər ay 55 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 10.08.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən PLAYSTATİON-4 SONY markalı oyun konsulunu 1058 manata almışdır. - Tərəflər arasında bağlanmış 10.08.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 23.09.2019-cu il tarixdən 23.02.2021-ci il tarixədək 18 ay ərzində hər ay 52 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 30 iyun 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 03.04.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 1170 manat, ödənilməmiş məbləği 78 manat, cərimə məbləği 7 manat, ümumilikdə ödənilməmiş məbləği 85 manat, 12.11.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 1055 manat, ödənilməmiş məbləği 186 manat, cərimə məbləği 18 manat, ümumilikdə ödənilməmiş məbləği 204 manat, 07.08.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 396 manat, ödənilməmiş məbləği 330 manat, cərimə məbləği 33 manat, ümumilikdə ödənilməmiş məbləği 363 manat, 10.08.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 486 manat, ödənilməmiş məbləği 572 manat, cərimə məbləği 57 manat, ümumilikdə ödənilməmiş məbləği 629 manat olmaqla cəmi ödənilməmiş məbləği 1281 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 03.04.2018-ci il, 12.11.2018-ci il, 07.08.2019-cu il və 10.08.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 03.04.2018-ci il tarixli müqavilə üzrə 78 manat ödənilməmiş hissə, 7 manat cərimə, 12.11.2018-ci il tarixli müqavilə üzrə 186 manat ödənilməmiş hissə, 18 manat cərimə, 07.08.201-cu il tarixli müqavilə üzrə 330 manat ödənilməmiş hissə, 33 manat cərimə, 10.08.2019cu il tarixli müqavilə üzrə 572 manat ödənilməmiş hissə, 57 manat cərimə, ümumilikdə cəmi 1281 (min iki yüz səksən bir) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2677/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2677/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver