Məhkəmə qərarları › İş №2(044)-2691/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2691/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2691/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh qarşı “pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İddiaçı ASCin xeyrinə xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə kreditə görə 1154,12 manat əsas, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh kredit öhdəliyinin təminatı kimi girov qoyduğu 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehin xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1178,76 manat borcunun ödənilməsi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda tələbin borclunun digər əmlakına yönəldilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-in “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 2.030 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 1154,12 manat, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-in “Yasamal” filialına 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı saxlanca verilmişdir. Göstərilənlər əsas gətirilərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1154,12 manat, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh kredit öhdəliyinin təminatı kimi girov qoyduğu 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehin xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1178,76 manat borcunun ödənilməsi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda tələbin borclunun digər əmlakına yönəldilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-in “Yasamal” filialı tərəfindən Cavabdehillik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 2.030 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixə olan borcu 1154,12 manat əsas, 24,64 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 1178,76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinəəsasən hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-in “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı X3 Müqaviləsindən görünür ki, Cavabdeh 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı olmaqla qızıl-zinət əşyalarını təminat kimi İddiaçı ASC-nə girov qoymuşdur. Həmin müqaviləyə girov qoyulan əmlak bank tərəfindən 3010,21 (üç min on manat 21 qəpik) manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-in “Yasamal” filialından kreditdən istifadəyə görə illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 2.030 manat məbləğində kredit götürmüş, müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, banka 1154,12 manat əsas, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhtəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəməişin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən, 1154,12 manat əsas, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarınada olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 (beş yüz) manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 (otuz) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 1154,12 manat əsas, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat məbləğində kreditdən istifadəyə görə yaranmış borcun tutulması hissəsində təmin edilməli və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-in xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı, 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin girov predmetlərinin açıq hərracdan satılmasından əldə olunmuş vəsait xx.xx.2019-cu il tarixli, YSLMB-5618 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmadıqda tələbin borclunun digər əmlakına yönəldilməsi hissəsi tələb qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1154,12 manat əsas, faiz borcuna görə 24,64 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1178,76 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus 1 ədəd 25.4 qram çəkidə, 750 əyarlı boyunbağı, 1 ədəd 12.7 qram çəkidə 585 əyarlı boyunbağı , 1 ədəd 5.5 qram çəkidə 585 əyarlı qolbağı olmaqla qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu ödənilsin və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar