Məhkəmə qərarları › İş №2(044)-2693/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2693/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2693/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məişət avadanlıqları üçün ümumilikdə ödənilməmiş 2672 manat, ümumi dəbbə pulu olaraq 739 manat, cəmi 3411 manat və dövlət rüsumu olaraq 30 manat pulun “xxxx” MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı FACC kondisioner üçün ödənilməmiş 360 manat və 108 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan və “LG markalı” LED televizor üçün ödənilməmiş 1050 manat və 315 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “LG” markalı musiqi mərkəzi üçün ödənilməmiş 660 manat və 180 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Redmond” markalı tərəzi və “Samsung” markalı mikrodalğalı soba üçün ödənilməmiş 242 manat və 76 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02599 olan “Xiaomi Mi A2 Lite 4” markalı telefon üçün ödənilməmiş 360 manat və 60 manat dəbbə pulu, yəni əsas borc üzrə ümumilikdə ödənilməmiş 2672 manat, ümumi dəbbə pulu olaraq 739 manat, cəmi 3411 manat və dövlət rüsumu olaraq 30 manat pulun Cavabdeh tutularaq “xxxx” MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 72 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1296 manat olan “HOFFMANN” markalı FACC kondisioner, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 105 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1890 manat olan “Samsung” markalı paltaryuyan və 1365 manata “LG” markalı LED televizor, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 60 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1080 manat “LG” markalı musiqi mərkəzi, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 11 ay müddətinə hər ay 36 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 396 manat olan “Redmond” markalı tərəzi və 318 manat olan “Samsung” markalı mikrodalğalı soba, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 40 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 420 manat olan İMEİ kodu **********02599 ola “Xiaomi Mi A2 Lite 4” markalı telefon verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2018ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı FACC kondisioner üçün 360 manat ödənilməmiş hissə və 108 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan və “LG” markalı LED televizor üçün 1050 manat ödənilməmiş hissə və 315 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “LG” markalı musiqi mərkəzi üçün 660 manat ödənilməmiş hissə və 180 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Redmond” markalı tərəzi, “Samsung” markalı mikrodalğalı soba üçün 242 manat ödənilməmiş hissə və 76 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02599 olan “Xiaomi Mi A2 Lite 4” markalı telefon üçün 360 manat ödənilməmiş hissə və 60 manat dəbbə pulu, cəmi 2672 manat əsas borcu və 739 manat dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 2672 (iki min altı yüz yetmiş iki) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 2682 (iki min altı yüz səksən iki) manat və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 2672 (iki min altı yüz yetmiş iki) manat, dəbbə pulu 10 (on) manat olmaqla, cəmi 2682 (iki min altı yüz səksən iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məğləbində pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar