Məhkəmə qərarları › İş №2(044)-2694/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2694/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2694/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********21750 Samsung Galaxy J4 markalı telefon, Philips markalı fen üçün 525 manat ödənilməmiş hissə, 158 manat dəbbə, cəmi 683 manat, İMEİ kodu **********31851 Samsung J2 markalı telefon üçün 340 manat ödənilməmiş hissə, 102 manat dəbbə, cəmi 442 manat, LG markalı LCD televizor üçün 375 manat ödənilməmiş hissə, 113 manat dəbbə, cəmi 488 manat, LG markalı LCD televizor üçün 936 manat ödənilməmiş hissə, 250 manat dəbbə, cəmi 1186 manat, Samsung markalı mikrodalğalı soba, Playstation-4 pult üçün 414 manat ödənilməmiş hissə, 110 manat dəbbə, cəmi 524 manat, Playstation 4 pult üçün 144 manat ödənilməmiş hissə, 43 manat dəbbə, cəmi 187 manat, Philips markalı üz qırxan üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə, cəmi 351 manat, ümumilikdə 3861 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********21750 Samsung Galaxy J4 markalı telefon, Philips markalı fen, İMEİ kodu **********31851 Samsung J2 markalı telefon, LG markalı LCD televizor, LG markalı LCD televizor, LG markalı LCD televizor, Samsung markalı mikrodalğalı soba, Playstation-4 pult, Philips markalı üz qırxan almış və nəticədə 3861 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 410 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən Samsung Galaxy J4 markalı telefon, Philips markalı fen, Samsung J2 markalı telefon, LG markalı LCD televizor, LG markalı LCD televizor, LG markalı LCD televizor, Samsung markalı mikrodalğalı soba, Playstation-4 pult, Philips markalı üz qırxan almış, ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 00447452 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh LG markalı LCD 43LK6200 və LG markalı LCD 321.K510 televizorlar satılmışdır. xx.xx.2018-ci il tarixli 00319700 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh Samsung Galaxy J4 2018DS (SM)-400 markalı telefon, Telefon quraşdırma xidməti, Philips BHD282/00 markalı fen satılmışdır. xx.xx.2018-ci il tarixli 00327242 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh Samsung J2 markalı telefon, telefon quraşdırma xidməti, Samsung Galaxy J4 2018DS (SM)-400 markalı telefon satılmışdır. xx.xx.2018-ci il tarixli 00348454 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh LG markalı LCD 32LK510 televizor satılmışdır. xx.xx.2019-cu il tarixli 00461260 saylı müqqvilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh mikrodalğalı soba Samsung ME83KRW-3/BW, Playstation-4 pult satılmışdır. xx.xx.2019-cu il tarixli 00463461saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh Playstation-4 pult satılmışdır. xx.xx.2019-cu il tarixli 00464480 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh Philips AT890/16 markalı üz qırxan satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəlləıninn 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrdə cərimə (dəbbə) ilə bağlı heç bir razılaşma yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İMEİ kodu **********21750 Samsung Galaxy J4 markalı telefon, Philips markalı fen üçün əsas borc 525 manat, İMEİ kodu **********31851 Samsung J2 markalı telefon üçün əsas borc 340 manat, LG markalı LCD televizor üçün əsas borc 375 manat, LG markalı LCD televizor üçün əsas borc 936 manat, Samsung markalı mikrodalğalı soba, Playstation-4 pult üçün əsas borc 414 manat, Playstation 4 pult üçün əsas borc 144 manat, Philips markalı üz qırxan üçün əsas borc 270 manat, cəmi 3004 (üç min dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********21750 Samsung Galaxy J4 markalı telefon, Philips markalı fen üçün əsas borc 525 manat, İMEİ kodu **********31851 Samsung J2 markalı telefon üçün əsas borc 340 manat, LG markalı LCD televizor üçün əsas borc 375 manat, LG markalı LCD televizor üçün əsas borc 936 manat, Samsung markalı mikrodalğalı soba, Playstation-4 pult üçün əsas borc 414 manat, Playstation 4 pult üçün əsas borc 144 manat, Philips markalı üz qırxan üçün əsas borc 270 manat, cəmi 3004 (üç min dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar