Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2700/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 646.19 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 646.19 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində olan çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-ziynət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank olmayan Kredit Təşkilatı “X3” MMC-nin Gəncə filialı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 12.04% dərəcəsini tətbiq etməklə 1508 ABŞ dolları məbləğində kredit verilmiş, eyni zamanda xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-zinət əşyası banka girov qoyulmuşdur. Bank olmayan Kredit Təşkilatı “X3” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Odur ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 646.19 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 646.19 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-zinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalan borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bank olmayan Kredit Təşkilatı “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 12.04 % dərəcəsini tətbiq etməklə 1508 ABŞ dolları məbləğində kredit verilmişdir, eyni zamanda xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-zinət əşyası banka girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh əsas borc üzrə 646.19 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla,ümumilikdə 646.19 ABŞ dollar borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş iddiaçı Bank olmayan Kredit Təşkilatı “X3” MMC ilə Cavabdeh arasında bağlanan qızıl-zinət əşyalarının götürülməsinə dair AC 20569288 saylı aktdan görünür ki, Cavabdeh çəkisi 4.8 qram olan 1ədəd qızıl-zinət əşyasını Bank olmayan Kredit Təşkilatı “X3” MMC-nin Gəncə filialına girov qoymuşdur. Həmin akta əsasən girov qoyulan əmlak bank tərəfindən 70 ABŞ dolları pul məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanı girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan kredit təşkilatı girovla yüklü edilmiş əşyanı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə əsas borc üzrə 646.19 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, 646.19 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 646.19 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 646.19 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-in xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 70 ABŞ dolları dəyərində çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-zinət əşyasına yönəldilməli, həmin əşya açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına kredit təşkilatına olan borc ödənilməlidir. Məhkəmə hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutulması, icra edilməsi hazırki vaxtda deyil, “İcra Haqqında” Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin girov predmeti olan əşyanın satılmasından sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 646.19 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 646.19 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə ödənilsin. Tutma bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus girova qoyulmuş 70 ABŞ dolları dəyərində çəkisi 4.8 qram olan 1 ədəd üzük qızıl-zinət əşyasına yönəldilsin və həmin əşya açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-yə olan borc ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2700/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2700/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver