Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2705/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800804-825576/1 saylı kredit müqaviləsi üzrə 1153.89 manat əsas borc və 154.05 manat faiz borcu olmaqla, cəmi 1307.94 manat və 800892- PC********** saylı kredit müqaviləsi üzrə 210.28 manat əsas borc, 22.54 manat cərimə borcu olmaqla, cəmi 232.82 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800804-825576/1 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 21 % dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmiş və xx.xx.2020-ci il tarixli, 800892-PC********** saylı kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 320 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmişdir. Odur ki, cavabdehdən 800804-825576/1 saylı kredit müqaviləsi üzrə 1153.89 manat əsas borc və 154.05 manat faiz borcu olmaqla, cəmi 1307.94 manat və 800892- PC********** saylı kredit müqaviləsi üzrə 210.28 manat əsas borc, 22.54 manat cərimə borcu olmaqla, cəmi 232.82 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixli, 800892-PC********** saylı kredit xətti müqaviləsi üzrə borcunu tam ödəmiş, xx.xx.2019-cu il tarixli, 800804- 825576/1 saylı kredit müqaviləsi üzrə isə 140 manat məbləğində ödəniş etmiş və cavabdehin bank qarşısında xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə borcu 1013.89 manat, faiz borcu isə 154.05 manat təşkil edir. Ona görə də cavabdehdən əsas borc üzrə 1013.89 manat, faiz borcu üzrə 154.05 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixli, 800804-825576/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə banka olan borcu əsas borc üzrə 1013.89 manat, faiz borcu üzrə 154.05 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804- 825576/1 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1013.89 manat, faiz borcu üzrə 154.05 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-825576/1 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1013.89 manat, faiz borcu üzrə 154.05 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2705/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2705/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver