Məhkəmə qərarları › İş №2(044)-2709/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2709/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2709/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh iştiraki ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC Cavabdeh əsas məbləğ üzrə 1084.08 USD, kredit faizləri üzrə 873.71 USD, ümumilikdə 1957.79 USD üzrə kredit borcu, o cümlədən ödənilmiş 30.04 manat məbləğində dövlət rüsumunun «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Müştəri xx.xx.2017-ci il tarixdə ona məxsus valyuta kartına 20000 USD mədaxil etmiş, daha sonra bilərəkdən dərhal 20000 USD vəsaiti POS terminal vasitəsilə 35939 AZN kimi almışdır. Məxaric 16:50-də olduğu üçün xx.xx.2017-ci ildə məzənnə dəyişikliyi ilə əlaqədar olaraq həmin məbləğ bank tərəfindən yeni məzənnə ilə(1 USD=1.704) hesablanmışdır və nəticədə hesabda mənfi 1084.08 USD qalıq qalmışdır. Cavabdeh “Bank kartlarının alınması və və onlardan istifadə edilməsinə dair”müqavilədə qeyd edilən əməliyyatlar etməklə yaranmış vəziyyətdən istifadə edərək karta 20000 USD (1.704 manat kursu ilə)mədaxil edərək, daha sonra POS terminal vasitəsilə onu artıq kursla (1.7973 manat kursu ilə) 35939 AZN (21084,08 USD)məxaric edərək əsassız varlanmışdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh müqavilə şərtlərini pozaraq ödənişini vaxtında və lazimi qaydada etməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1084.08 USD, kredit faizləri üzrə 873.71 USD, ümumilikdə 1957.79 USD təşkil edir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1084.08 USD, kredit faizləri üzrə 873.71 USD, ümumilikdə 1957.79 USD təşkil edir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsa-sən iddiaçı tərəfindən cavabdehin istifadəsinə plastik kart verilmişdir; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialının cavabdehlərə ünvanladığı bildirişlərdən görünür ki, kreditor cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdi; Hesabdan çıxarışdan görünür ki, müştəri sonuncu dəfə xx.xx.2019-cu ildə əməliyyat aparmış və nəticədə hesab-1,790.48 USD göstərilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdirərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahişetdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini işdə olan digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı tələbinin hüquqi əsası kimi əsassız varlanma ilə bağlı öhdəliyin əmələ gəlmə əsaslarına istinad etmişdir. Belə ki, iddia tələbinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, iddiaçı ona görə cavabdehin əsassız varlanması qənaətindədir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Müştəri xx.xx.2017-ci il tarixdə ona məxsus valyuta kartına 20000 USD mədaxil etmiş, daha sonra bilərəkdən dərhal 20000 USD vəsaiti POS terminal vasitəsilə 35939 AZN kimi almışdır. Məxaric 16:50-də olduğu üçün xx.xx.2017-ci ildə məzənnə dəyişikliyi ilə əlaqədar olaraq həmin məbləğ bank tərəfindən yeni məzənnə ilə(1 USD=1.704) hesablanmışdır və nəticədə hesabda mənfi 1084.08 USD qalıq qalmışdır. Cavabdeh “Bank kartlarının alınması və və onlardan istifadə edilməsinə dair”müqavilədə qeyd edilən əməliyyatlar etməklə yaranmış vəziyyətdən istifadə edərək karta 20000 USD (1.704 manat kursu ilə)mədaxil edərək, daha sonra POS terminal vasitəsilə onu artıq kursla (1.7973 manat kursu ilə) 35939 AZN (21084,08 USD)məxaric etmişdir. Məhkəmə iddia tələbini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanılmış bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair xx xxxxxx 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Plastik kart bankın xərc limiti daxilində mümkün olan avadanlıqlar və sistemlər vasitəsilə hesablaşmaların aparılması, POS terminal və ATMlərdən nağd pulun alınması üçün verdiyi plastik bank kartıdır. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən ATM-lərdən nağd pul alma zamanı nağd ödəmə sənədi tərtib edilmədikdə kart sahibi bankın bu əməliyyatlar barədə təqdim etdiyi avtomatlaşdırılmış proqram təminatının qeydlərini qəti dəlil olduğunu qəbul edir. İşin hallarından göründüyü kimi müştəriyə ona verilmiş plastik kart vasitəsilə hər hansı əməliyyatların aparılmasına məhudidiyyət qoyulmamış, o apardığı bütün əməliyyatlar zamanı mövcud valyuta məzənnəsinin nədən ibarət olmasını bilməli olmadığı halda o avtomatlaşdırılmış proqram təminatının qeydlərini qəti dəlil olduğunu qəbul edərək hərəkət etmiş və bu hərəkətləri zamanı banka qanunla və ya müqavilədə nəzərdə tutulmuş qaydada hər hansı zərər vurmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2- ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və yaçəkməli olduğu xərclər, əmlakından məhrum olması vəya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normanın dispozisiyasından aydın olurki,mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Başqa sözlə, zərər olan yerdə mülki-hüquqi məsuliyyət yaranır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir.Bu mənfı nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəflər arasında bağlanılmış müqavilənin 4.1-ci bəndinə əsasən kart sahibi aldığı kartı onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Müqavilə əsasında müştəri kartla əməliyyat zamanı yaranan borcun da ödənilməsini öz üzərinə götürsə də, hazırki əməliyyatlar zamanı yaranmış borc müştərinin bank əməliyyatı zamanı müqavilənin şərtlərinə uyğun olaraq istifadəsi nəticəsində yaranmış borc deyildir. Azərbaycan Respublikasi Mərkəzi X4 “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə xx xxxx 2012-ci il tarixli Qərarının 2.1.2-ci bəndinə əsasən emitent - kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir. Həmin Qaydaların 3.5.15-ci bəndinə əsasən kart hesabının valyutasından fərqli valyutada ödəniş əməliyyatı aparıldıqda tətbiq olunacaq mübadilə məzənnəsinin müəyyən edilməsi qaydası kart sahibi ilə emitent arasında bağlanmış müqavilədə müəyyən edilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən kart istifadəçisi kart vasitəsilə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi; valyuta mübadiləsinin aparılması; nağd pul vəsaitinin alınması; pul köçürməsi; qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan digər əməliyyatlar aparmaq hüququna malikdir. Cavabdeh də müştəri qismində ona məxsus plastik kart vasitəsilə qanunvericiliyə zidd olmayan və işgüzar dövriyyədə tətbiq olunan əməliyyatların iştirakçısı olmaqla təqsirli şəkildə mülki dövriyyənin sabitliyınə xələl gətirməmişdir. Məhkəmə onu da qeyd edir ki, valyuta məzənnəsi müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiymətidir. Valyuta məzənnəsinin əsasında (xüsusilə fiksə edilmiş rejim zamanı) valyuta pariteti durur. Valyuta pariteti qanuvericiliklə müəyyən edilmiş iki valyuta arasında olan nisbətdir. Müştərinin bu nisbəti müəyyən etmək kimi vəzifəsi müqavilədə nəzərdə tutulmadığından həmin nisbətin fərqi zamanı əldə edəcəyi gəlir onun əsassız varlanması anlamına gələ bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakimi) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini məhkəmə q ə t e t d i: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh əsas məbləğ üzrə 1084.08 USD, kredit faizləri üzrə 873.71 USD, ümumilikdə 1957.79 USD kredit borcu, o cümlədən ödənilmiş 30.04 manat məbləğində dövlət rüsumunun «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar