Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2713/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı BOKT «xxxxxxxxxx» QSC-nin Cavabdeh Şahin qızına qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxxxx» MMC-ti Cavabdeh Şahin qızına qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT «xxxxxxxxxx» MMC-ti ilə Cavabdeh Şahin qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 227-GEM-1064-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 2176.17 manat, faiz borcu üzrə 256.64 manat, cərimə 0.0 manat, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 2463.21 manat borcun Cavabdeh Şahin qızından BOKT «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 2350 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmiş və nəticədə 2432.81 manat məbləğində borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Məhkəmədən BOKT «xxxxxxxxxx» MMC-ti ilə Cavabdeh Şahin qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 227-GEM-1064-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borc üzrə 2176.17 manat, faiz borcu üzrə 256.64 manat, cərimə 0.0 manat, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 2463.21 manat borcun Cavabdeh Şahin qızından BOKT «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı BOKT «xxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə daxil olmuş teleqramda Cavabdeh Şahin qızına qarşı iddiaları üzrə xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmədiyi üçün, onların iştirakı olamadan işə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Şahin qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 227-GEM-1064-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «xxxxxxxxxx» MMC-ti tərəfindən Cavabdeh Şahin qızına 12 ay müddətinə 2350.00 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Şahin qızının BOKT «xxxxxxxxxx» MMC-nə əsas borc üzrə 2176.17 manat, faiz borcu üzrə 256.64 manat, cərimə 87.88 manat, cəmi 2520.69 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladıqlarından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Şahin qızından əsas borc üzrə 2176.17 manat, faiz borcu üzrə 256.64 manat, cəmi 2432.81 manat və 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçı BOKT «xxxxxxxxxx» MMCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şahin qızından əsas borc üzrə 2176.17 manat, faiz borcu üzrə 256.64 manat, cəmi 2432.81 manat və 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik iddiaçı BOKT «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2713/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2713/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver