Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2719/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 034R********** saylı kredit razılaşması üzrə 3834.51 ABŞ dolları məbləğində kredit borcu, 5271.45 ABŞ dolları məbləğində faiz borcu və 1349.09 ABŞ dolları manat məbləğində cərimə borcu olmaqla, cəmi 10455 ABŞ dolları 05 sent məbləğində borcun, 034KK**********01 saylı kredit razılaşması üzrə 2483.14 ABŞ dolları məbləğində kredit borcu, 118.87 ABŞ dolları məbləğində faiz borcu, 3392.49 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5994 ABŞ dolları 50 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2719/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2719/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver