Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2758/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh vərəsəsi X8 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti Cavabdeh vərəsəsi X8 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vərəsəsi X3 əsas borc üzrə 713.31 manat, faiz borcu üzrə 1.74 manat, cəmi 715.05 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 manat xidmət haqqının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixdə mərhumun adına vərəsəlik işi açılaraq, sonuncunun qanun üzrə vərəsəsi olan X5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Gəncə filialı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş əsas borc üzrə 713.31 manat, faiz borcu üzrə1.74 manat, cəmi 715.05 manat borcu qalmışdır. Cavabdeh X5 mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vərəsəsi X10 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmyaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 3-xx.xx.2015-SM89 saylı təminatsız kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Gəncə Regional “ASAN xidmət” X9 tərəfindən qeydiyyat şöbəsi xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx-na ünvanlanmış xx.xx.2020-ci il tarixli 682 saylı məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 adına Gəncə Regional “ASAN xidmət” X4 vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəsələrdən ünvan 1 ünvanda qeydiyyatda olan arvadı X10 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İş materiallarında «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-tərəfindən verilmiş 719 saylı maliyyə arayışından görünür ki, X6 əsas borc üzrə713.31 manat, faiz borcu üzrə 1.74 manat, cəmi 715.05 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin maddənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vərəsəsi X3 əsas borc üzrə 713.31 manat, faiz borcu üzrə 1.74 manat, cəmi 715.05 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 manat xidmət haqqının «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vərəsəsi X3 əsas borc üzrə 713.31 manat, faiz borcu üzrə 1.74 manat, cəmi 715.05 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2758/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2758/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver