Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2780/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtomaşına dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh verilmiş “VAZ 2106” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyan əvəzinə 3.500 manat və əldən çıxmış fayda kimi 1500 manat, ümumilikdə 5000 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 01.10.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraatın qaydasında baxılmasını və iddia tələbinin həcmini azaldaraq 3500 manat ziyanın cavabdehdən tutulmasına dair qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Ruzigar Qasımov küçəsi, ev 36-da yaşayan Cavabdeh ilə aralarındakı razılaşmaya əsasən o, “Vaz 2106” markalı, ** BP *** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh aylıq 450 manat dəyərində qiymətləndirilməklə taksi fəaliyyəti ilə məşğul olması üçün vermişdir. Belə razılığa gəlmişdirlər ki, iddiaçı ona qısa müddətli etibamamə verir və o maşın üçün razılaşdıqları pulu ona hər ay ödəyir. Lakın, ötən dövr ərzində cavabdeh ona olan borcunu və avtomaşını qaytarmır. 2020-ci ilin sentyabr ayında o, avtomaşını cavabdehə günlük 15 manat dəyərində olmaqla aylıq 450 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. 31 dekabr 2020-ci il tarixində Cavabdeh ona məxsus avtomaşın ilə Samux rayon İstixana qəsəbəsindən Gəncə şəhərinə doğru hərəkətdə olarkən qısaqapanmadan avtomaşın yanmışdır. Hadisə vaxtı Samux rayon Yol Polisi əməkdaşları hadisə yerində olmuş, cavabdeh avtomaşını yanmış vəziyyətdə evinə aparmış, sonra isə onun heç bir məlumatı olmadan Samux rayon Qarayeri qəsəbəsində avtomaşın ehtiyyat hissələrinin satışı ilə məşğul olan İsa adlı şəxsə 1000 manat dəyərində satmışdır. İddiaçı 04.03.2021-ci il tarixində Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə şikayət etmişdir. Cavabdeh polis idarəsində ərizə yazaraq avtomaşının dəyəri olan 3500 manat pulu aylıq 300 manat olmaq şərtilə bir il ərzində ödəməyi öhdəsinə götürmüş əvəzində ondan heç bir şikayətinin olmaması barədə ərizə yazmışdır. Lakin cavabdeh yenə də borcu ödəməkdən imtina etmiş və heç bir məbləğ ödəməmişdir. İşdə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. O, həm usta fəaliyyəti, həm də taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin sentyabr ayından bu tarixədək nə şəxsi avtomobilindən istifadə edə bilmiş, nə də ki,qarşılığında pul vəsaiti almışdır. Əldən çıxmış fayda kimi 1500 manat dəyərində cavabdehdən pul tələb edir. Bunun nəticəsində iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 10.03.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 23.02.2017-ci il tarixli, AZ-İ 862203 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 20.02.2017-ci il tarixdə ölmüşdür; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək işə qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin həcmini azaldaraq 3500 manat maddi ziyanın cavabdehdən tutulmasına dair qiyabi qətnamə çıxarılmasını xahiş etdi. (ərizə iş materiallarına əlavə olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin hallarından göründüyü kimi “Vaz 2106” markalı, ** BP *** dövlət nömrə nişanlı avtomaşın iddiaçının atasına məxsus olmuş, o həmin avtomaşını tanışı Gəncə şəhər sakini olan Cavabdeh istifadə etməyə vermiş, sonuncu avtomaşını idarə edən zaman qısaqapanmadan avtomaşın yanaraq yararsız vəziyyətə düşmüş, avtomaşın üçün Cavabdeh İddiaçı 3500 manat borcu qalmışdır. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında İddiaçı məxsus VAZ 21-06 markalı, ** BP *** dövlət nömrə nişanlı avtomaşını gündə 15 manat olmaqla aylıq 450 manata şifahi razılıq əsasında icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomaşını istifadə etmək müqabilində Rövşənə Milli ön ödəmə sistemi vasitəsilə və əlbə əl ümumilikdə 870 manat pul ödəmişdir. O həmin pulları ödədiyi üçün də avtomaşını idarə edərək Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, avtomaşını idarə edən а zaman 31.12.2020-ci il tarixdə Samux rayonu İstixana qəsəbəsindən yaşadığı Gəncə şəhərinə gələn zaman Samux rayonu ərazisində həmin avtomaşın qısaqapanmadan yanaraq yarasız vəziyyətə düşmüş, yanğınsöndürmə xidmətinə zəng edərək oraya yanğın söndürənləri çağırmış, yanğın söndürüldükdən sonra Samux rayon polis şöbəsinin-dövlət yol polisi əməkdaşları oraya gələrək avtomaşına baxış keçirmiş, o isə avtomaşını oradan götürüb öz yaşadığı evə gətirmiş, avtomaşını gətirdikdən sonra həmin avtomaşını Samux rayonu Qarayeri qəsəbəsində avtomaşın ehtiyyat hissələrinin alqı satqısı ilə məşğul olan İsa adlı şəxsə 1000(bir min) manata satmış, avtomaşını satan zaman avtomaşının sahibi kimi İddiaçı yaşadığı evə çağırmış, Rövşən avtomaşını satıb onun pulunu verməyi demiş, avtomaşını 1000 manata satdıqdan sonra Rövşənə həmin 1000 manatı verərək yerdə qalan avtomaşınının digər pulunu da hissə-hissə verəcəyini desə də onunla razılaşmamışdır. Buna görə də o Rövşənə pul verməmiş, yalnız Rövşənə icarə haqqı kimi 870 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçıdan avtomaşını istifadə etmək üçün almış, həmin avtomaşın qısaqapanmadan yanmış, daha sonra maşın yararsız vəziyyətə düşdüyündən cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. Göründüyü kimi cavabdeh avtomaşına olan sahiblik hüququndan məhrum olmuş, nəticədə ona 3500 manat məbləğində ziyan dəymişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə ilk tələb üzrə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 3500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2780/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2780/2021
01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver