Məhkəmə qərarları › İş №2(044)-279/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-279/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-279/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat əsas borc, 693 manat faiz borcu, cəmi 1293 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli “Alqı-satqı” müqaviləsinin tələblərinə əsasən İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün və sözü gedən müqavilə, imzalandığı bir gündən mübahisəli olduğu üçün etibarsız hesab edilməsi, İddiaçı dəyəri 1150 manat olan “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarların alınması üçün ilkin ödəniş 150 manat, ödənilmiş 500 manat aylıq ödənişləri, 383 manat dəymiş zərər, cəmi 883 manat və ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində alqı-satqı müqaviləsi bağlamış, müqavilənin şərtinə görə, dəyəri 1150 manat olan “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə satılmış və müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 150 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1000 manatı isə hər ay 50 manat olmaqla 20 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2017-ci il tarixdən qalıq borcu ödəməkdən imtina etmiş və nəticədə cavabdehin 1293 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliklərini icra etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci tarixdə məhkəməyə daxil olmuş ərizədə keçiriləcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, keçiriləcək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan işə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında bildirdi ki, xx.xx.2016-cı il tarixdə onun yaşadığı ünvana Şamxal adlı bir nəfər gəlmiş və “Sintra” modelli su təmizləmə sistemi olan avadanlığı qonşular qarşısında nümayiş edmiş, onda da həmin avadanlığa maraq oyanmış, Şamxal adlı işçi ona üç səhifədən ibarət xx.xx.2016-cı il tarixli “Alqı-satqı” müqaviləsinə imza atdırmış, “Sintra” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələrini isə ona növbəti günü gətirmiş və bir səhifəli “Təhvil-Təslim” Aktına və “Alqı-Satqı” müqaviləsinin sonuncu səhifəsinə imza atdırdı. “Sintra” modelli su təmizləmə sistemi onun evində quraşdırıldıqdan sonra həmin qurğu 4ördüncü ayında, işləmədi. Tural adlı şəxsə bu badədə məlumat vermiş, Tural onlara gəlmiş, avadanlığı işlək vəziyyətə gətirə bilməmiş, ona bildirmiş ki, gəlib avadanlığı yenisi ilə dəyişəcəklər və ona ödənişləri gecikdirilmədən ödəməyi demiş, təxminən beş aydan sonra Tural bildirdi ki, yeni “Sintra” modelli su təmizləmə sistemi hələ almamışlar, alan kimi yeni qurğu verilməsinəzərə alınacaqdır. Onun tərəfindən müqavilənin 1.4-cü bəndlərinə uyğun, 150 manat məbləğində ödəniş etmiş, növbəti aylarda isə 50 manat məbləğində ödənişlər etmiş, cəmi 500 manat məbləğində ödəniş etmişdir. Baxmayaraq ki, “Sintra” modelli su təmizləmə sistemi 2017-ci ilin yanvar ayından bu günə kimi işləmir. Ancaq Tural və telefon vasitəsi ilə digər əməkdaşlar xahiş edirdilər ki, ödənişləri vaxtında ödəsinlər. Onlara 708 ay ödənişlər etdirərək, yalan vədlərlə onları aldatmışlar ki, qısa zamanda “Sintra” modelli su təmizləmə sistemini əsaslı təmir edəcəklər və ya başqası ilə əvəz ediləcəkdir. O, yeddinci ayda ödəniş etdikdən sonra, Tural ilə əlaqə saxlayaraq bildirmiş ki, müqavilədə göstərilən 3.1.2 şərtlərini yerinə yetirmədikıəri üçün “Sintra” modelli su təmizləmə sistemini aparmalarını, onların ödədikləri vəsaitləri geri qaytarsınlar. Tural isə onlara yalan vədlər verərək “Sintra” modelli su təmizləmə sistemini dəyişəcəklərini deyirdi və bununla da aralarında bağlanan əqd pozulmuşdur. xx.xx.2016-cı il tarixində “alqı-satqı” müqaviləsinin tələbləri xx.xx.2017ci il tarixdən qarşı tərəf, satıcı kimi özünü qələmə verən İddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında icra edilmədiyi üçün əqd öz etibarını itirmişdir. Məhkəmədən ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1150 manata “Proton” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları catılmışdır (ilkin ödəniş 150 manat olmuşdur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə arasında bağlanmış kredit müqaviləsi əsasında 20 ay müddətinə verdiyi “Proton” modelli su təmizləmə avadanlığına görə ödənilməmiş qalan 600 (altı yüz) manat pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının hüququ müdafiə edilməli və Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsində faizlə bağlı heç bir göstəriş olmadığından iddia tələbi faizlə bağlı hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar