Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2797/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehxx.xx.2017-ci il tarixli LD/17011/00019 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1387.71 manat, xx.xx.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.0 manat, cərimə 0.0 manat, cəmi1387.71 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 17.3 qram olan 583 əyarı olan bir ədədə sünbül sep qızıl-zinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına olan BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «X2» MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə 2327.24 manat məbləğində kredit verilmiş və BOKT «X2» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxxxxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi cavabdehə məxsus 250 ABŞ dolları dəyərində çəkisi 17.3 qram olan 583 əyarı olan bir ədədə sünbül sepdən ibarət qızıl-zinət əşyası və ev əşyaları girov qoyulmuşdur. Nəticədə cavabdehin banka cəmi 1387.71 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə BOKT«xxxxxxxx» MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh BOKT«xxxxxxxx» MMC-nə cəmi 1387.71 manat məbləğində borcu vardır. xx.xx.2017-ci il traixli LD/17011/00019 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «X2» MMC tərəfindən Cavabdeh 36 ay müddətinə 2327.24 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il traixli LD/17011/00019 saylı girov müqaviləsinin surətindən görünür ki, BOKT «X2» MMC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus Samsung markalı televizor, Notebok LG, paltaryuyan LG, mebel dəsti, Nord markalı Soyuducu Norddan ibarət ev əşyaları girov qoyulmuşdur. xx.xx.2013-cü il tarixli qızıl-zinət əşyalarının götürülməsinə dair tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 17.3 qram olan 583 əyarı olan bir ədədə sünbül sepdən ibarət qızıl-zinət əşyası girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbinin satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi 1387.71 (min üç yüz səksən yeddi manat yetmiş bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi girov qoyulmuş Cavabdeh məxsus 250 ABŞ dolları dəyərində çəkisi 17.3 qram olan 583 əyarı olan bir ədəd sünbül toxunuşlu sep qızıl-zinət əşyasına yönəldilməli və həmin əşya hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına olan BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 1387.71 (min üç yüz səksən yeddi manat yetmiş bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi girov qoyulmuş Cavabdeh məxsus 250 ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) dəyərində çəkisi 17.3 qram olan 583 əyarı olan bir ədəd sünbül toxunuşlu sepdən ibarət qızıl-zinət əşyasına yönəldilsin və həmin əmlak hərracda satılsın və satış pulundan borcun ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2797/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2797/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver