Məhkəmə qərarları › İş №2(044)-2799/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2799/2021

23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2799/2021 23.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 01.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulmalı olan, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.09.2018-ci il 2(044)- 3786/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 120 manat alimentin miqdarı artırılaraq, Cavabdeh 01.09.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, 01.09.2014cü il təvəllüdlü Hüseynova Svetlana Orxan qızının onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 16.07.2018-ci il tarixdən başalayaraq cavabdehdən hər ay 120 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşaq böyümüş, məktəbə gedir və uşağa çəkilən xərclərin miqdarı xeyli artmışdır. Cavabdehdən tutulan 120 manat alimentlə uşağın maddi tələbatını lazımınca ödəyə bilmir, buna görə alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmıpşdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, iddia tələbini müdafiə etdiyini, azyaşlı uşağının olması və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilən məbləğ ilə razı deyildir və o, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 120 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(044)-3786/2018 saylı qətnaməsinin surətindən görünür ki, X3 ilə Cavabdeh Alium oğlu arasında 19.092013-cü il tarixə bağlanmış və həmin tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfidən nikahın bağlanması haqqında akt qeydləri kitabında 825 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 01.09.2014-cü il təvəllüdlü Hüseynova Svetlana Orxan qızının anası X2 yanında qalması, 01.09.2014-cü il təvəllüdlü Hüseynova Svetlana Orxan qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün 16.07.2018-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay 120 manat aliment alınaraq X3na verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(044)-3786/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 01.09.2014-cü il tarixdə anadan olmuş Hüseynova Svetlana Orxan qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli 2(044)-3786/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 01.09.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 23.08.2021-ci il tarixli 2(044)-2799/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar