Məhkəmə qərarları › İş №2(044)-2805/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2805/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2805/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Seyidov Mirumud Mirtam oğlunun, cavabdeh Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6978.51 manat əsas borc, faiz borcu 286.49 manat, cərimə borcu 12.18 manat olmaqla, cəmi 7277.18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-587-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 24 faizlə 30 ay müddətinə 8000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməkdən boyun qaçırır. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Rüstəm oğlundan və Cavabdeh1 müştərək qaydada 6978.51 manat əsas borc, faiz borcu 286.49 manat, cərimə borcu 12.18 manat olmaqla, cəmi 7277.18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən bank tərəfindən ona 24 faizlə 30 ay müddətinə 8000 manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə bankla zaminlik müqaviləsi bağlamışlar. O, bir müddət borcunu ödəmiş, sonradan imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Cavabdehlər Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-587-19 saylı kredit müqaviləsinədən görünür ki, Cavabdeh3 24 faizlə 30 ay müddətinə 8000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin borcun təminatı olaraq Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 həmin tarixdə zaminlik müqaviləsi bağlamışlar. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə məbləğ 6978.51 manat, faiz borcu üzrə 286.49 manat, cərimə borcu 12.18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6978.51 manat, faiz borcu üzrə 286.49 manat, cərimə borcu 12.18 manat olmaqla, cəmi 7277.18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 Rüstəm oğlundan və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 6978.51 manat, faiz borcu üzrə 286.49 manat, cərimə borcu 12.18 manat olmaqla, cəmi 7277.18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar