Məhkəmə qərarları › İş №2(044)-2806/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2806/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2806/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2016-cı il tarixli LD/16292/00034 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2055.54 manat, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.0 manat, cərimə 0.0 manat, cəmi 2055.54 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «X2» MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 4106.4 manat məbləğində kredit verilmiş və BOKT «X2» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxxxxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi bank ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehlərin banka 2055.54 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh BOKT«xxxxxxxx» MMC-nə cəmi 2055.54 manat məbləğində borcu yaranmışdır. xx.xx.2016-cı il tarixli LD/16292/00034 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «X2» MMC tərəfindən Cavabdeh 36 ay müddətinə 4106.40 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 2055.54 (iki min əlli beş manat əlli dörd qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 2055.54 (iki min əlli beş manat əlli dörd qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar