Məhkəmə qərarları › İş №2(044)-2818/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2818/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2818/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8184.43 manat, faiz borcu üzrə 33.62 manat, cərimə 57.52 manat, cəmi 8275.57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 17.9 qram çəkidə sep, 1 ədəd 15.4 qram çəkidə saat sep, 1 ədəd 5.6 qram çəkidə çırğa və 5 ədəd 39.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 26.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə 8259.84 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə sonuncu arasında girov müqviləsi bağlanaraq 1 ədəd 17.9 qram çəkidə sep, 1 ədəd 15.4 qram çəkidə saat sep, 1 ədəd 5.6 qram çəkidə çırğa və 5 ədəd 39.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuş, Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə 8275.57 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə bxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26.12.2019-cu il tarixli 10-M3Q1Z3-3-0-1564-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 oğluna 60 ay müddətinə 8259.84 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2arasında zaminlik müqaviləsi bağlanmışdır. 26.12.2019-cu il tarixli 10-M3Q1Z3-3-0-1564-15 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh1 məxsus 1 ədəd 17.9 qram çəkidə sep, 1 ədəd 15.4 qram çəkidə saat sep, 1 ədəd 5.6 qram çəkidə çırğa və 5 ədəd 39.1 qram üzük, cəmi 78 qram çəkidə, 1366 manat dəyərində qızıl-zinət (583 əyarlı) əşyaları banka girov qoyulmuşdur. 25.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun banka əsas borc üzrə 8184.43 manat, faiz borcu üzrə 33.62 manat, cərimə 57.52 manat, cəmi 8275.57 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 26.12.2019-cu il tarixli 10-M3Q1Z3-3-0-1564-15 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8184.43 manat, faiz borcu üzrə 33.62 manat, cərimə 5 manat, cəmi 8223.05 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma öhdliyin təmini kimi Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 583 əyarlı 17.9 qram çəkidə sep, 1 ədəd 583 əyarlı 15.4 qram çəkidə saat sep, 1 ədəd 583 əyarlı 5.6 qram çəkidə çırğa və 5 ədəd 583 əyarlı 39.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.12.2019-cu il tarixli 10-M3Q1Z3- 3-0-1564-15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8184.43 manat, faiz borcu üzrə 33.62 manat, cərimə 5 manat, cəmi 8223.05 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdliyin təmini kimi banka girov qoyulmuş 1 ədəd 583 əyarlı 17.9 qram çəkidə sepə, 1 ədəd 583 əyarlı 15.4 qram çəkidə saat sepə, 1 ədəd 583 əyarlı 5.6 qram çəkidə çırğaya və 5 ədəd 583 əyarlı 39.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə olunmuş vəsait hesabına 8223.05 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar