Məhkəmə qərarları › İş №2(044)-2822/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2822/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2822/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə, X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 1011.89 manat, faiz borcu üzrə 0.0 manat, cərimə 0.0 manat, cəmi 1011.89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus 200 ABŞ dolları dəyərində çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyanın hərracda satılması, satışdan əldə olunmuş vəsaitin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «X4» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə 2003.1 manat məbləğində kredit verilmiş və BOKT «X4» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxxxxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdehlərlə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 200 ABŞ dolları dəyərində çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyaları girov qoyulmuş və eyni zamanda Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehlərin banka 101.89 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə 2003.1 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi ona məxsus 200 ABŞ dolları dəyərində çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyaları girov qoyulmuş və eyni zamanda Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh Zamin məhkəmə iclasında Cavabdeh ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə BOKT«xxxxxxxx» MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh BOKT «xxxxxxxx» MMC-nə cəmi 1011.89 manat məbləğində borcu vardır. xx.xx.2016-cı il tarixli LD/16361/00063 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «X4» MMC tərəfindən Cavabdeh 36 ay müddətinə 2003.1 manat məbləğində kredit verilmiş və bank ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli LD/16361/00063 saylı girov müqaviləsinin surətindən görünür ki, BOKT «X4» MMC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus LG markalı TV, Toshiba markalı soyuducu, xalça, mebel dəsti, yataq mebeli, Bosh markalı paltaryuyan, divan kreslodan ibarət ev əşyaları girov qoyulmuşdur. xx.xx.2012-ci il tarixli qızıl-zinət əşyalarının götürülməsi haqqında akt-dan görünür ki, Cavabdeh məxsus 200 ABŞ dolları dəyərində çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbinin satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 1011.89 (min on bir manat səksən doqquz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi 200 ABŞ dolları dəyərində (ödəniş vaxtına manatın məzənnəsi üzrə) çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyalar hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 1011.89 (min on bir manat səksən doqquz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus 200 ABŞ dolları dəyərində (ödəniş vaxtına manatın məzənnəsi üzrə) çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Cavabdeh məxsus 200 ABŞ dolları dəyərində (ödəniş vaxtına manatın məzənnəsi üzrə) çəkisi 14 qram olan iki ədəd üzük, bir cüt sırğa, bir ədəd beşlik klondan ibarət qızıl-zinət əşyaları açıq hərracda satılsın və satış pulundan borcun ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar