Məhkəmə qərarları › İş №2(044)-2829/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2829/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2829/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT «xxxxxxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT “xxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bank X1 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, xx xxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 1837.80(bir min səkkiz yüz otuz yeddi manat 80 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx xxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etmişdir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə Cavabdeh BOKT «xxxxxxxx» MMC-yə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik)məbləğində borcu yaranmışdır. Göstərilənlər əsas gətirilərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, Bank X1 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə, xx xxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 1837.80(bir min səkkiz yüz otuz yeddi manat 80 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə banka 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, Zamin Bank X1 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən: “Əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalıəmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, CavabdehBank X1 “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gəncə” filialından36 (otuz altı) ay müddətinə, xx xxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 1837.80(bir min səkkiz yüz otuz yeddi manat 80 qəpik) manat məbləğində kredit götürmüş, müqavilə öhdəliyinə əməl edilmədiyinə görə banka 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci madəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dölət rüsumu, iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 (beş yüz) manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 (otuz) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx xxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 manat, cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 1185.71(bir min yüz səksən beş manat 71 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar