Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2833/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.219-cu il tarixli 006R********** saylı kredit razılaşmasının və 13.04.2020-ci il tarixli 0006R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 18.09.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 2779,87 manat məbləğində kredit borcu, 504.07 manat məbləğində faiz borcu və 1012.57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4296.51 manat, 07.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə 806.54 manat məbləğində kredit borcu, 208.35 manat məbləğində faiz borcu və 377 manat məbləğində cərimə borcu olmaqla, 1391.89 manat, ümumilikdə cəmi 5688.40 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.04.2019-cu il tarixli 006L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.09.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.04.2020-ci il tarixli 006R**********S saylı sazışlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.07.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 720.13 manat ödəmiş, onun 2779,87 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.06.2021-ci il tarixə 319 gün üçün hesablanmış faiz borcu 504.07 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən güm üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 11.06.2021-ci il tarixə 319 gün üçün hesablanmış cərimə 1012.57 manat təşkil edir. Bundan başqa kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 07.02.2020-ci il tarixli 006A ********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.04.2020-ci il tarixli 006A**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.04.2020-ci il tarixdən banka qaytarmışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 193.46 manat ödəmiş, onun 806.54 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmağı üçün 11.06.2021-ci il tarixə 410 gün üçün hesablanmış faiz borcu 208.35 manat təşkil edir. 11.06.2021-ci il tarixə 410 gün üçün hesablanmış cərimə 377 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlə Cavabdeh2, Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək pandemeya olduğu üçün banka son bir il ərzində ödəniş edə bilmədiyini, hazırda əsas və faiz borcu ilə razı olduğunu, lakin 8-9 ay ərzində həmin borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Sonda o, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 01.04.2019-cu il tarixli, 006L**********18 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 28% dərəcəsi ilə 100000 manat məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 01.04.2019-cu il tarixli, 006L**********18 saylı uzunmüdətli kredit xətti müqaviləsi üzrə 18.09.2019-cu il tarixli 006R********** saylı kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2.0833% dərəcəsi ilə 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 13.04.2020-ci il tarixli, 006R**********S nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 01.04.2019-cu il tarixli, 006L**********18 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə 18 sentyabr 2019-cu il tarixdə bağlanmış 006R********** kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri 13 aprel 2020ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 fərdi mikro kredit məqsədilə aylıq 2.0833 % dərəcəsi ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 13.04.2020-ci il tarixli 006A200389740S nömrəli sazişdən görünür ki, 07.02.2020-ci il tarixli, 006A********** kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri sazişə əlavə olunmuş 13 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. - 01.04.2019-cu il tarixli, 006S**********02 saylı zaminlik müqavilələrindən görünür ki, 01.04.2019-cu il tarixli, 006L**********18 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 ilə arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 07.02.2020-ci il tarixli, 006G**********01 saylı zaminlik müqavilələrindən görünür ki, 07.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 ilə arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 006A********** saylı 07.02.2020ci il tarixli kredit razılaşması üzrə İddiaçı KB QSC-yə 11.06.2021-ci il tarixə 806.54 manat əsas borc, 208.35 manat faiz borcu, 377 manat cərimə borcu ümumilikdə 1391.89 manat borcu vardır. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 006R********** saylı 18.09.2019cu il tarixli kredit razılaşması üzrə İddiaçı KB QSC-yə 11.06.2021-ci il tarixə 2779.87 manat əsas borc, 504.07 manat faiz borcu, 1012.57 manat cərimə borcu ümumilikdə 4296.51 manat borcu vardır. - xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 18.09.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə cərimə azaldılaraq 20 manat, 07.02.2020-ci il tarixli, 006A**********0 saylı kredit müqaviləsi üzrə isə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlar da iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişdirlər. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 18.09.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması və 13.04.2020-ci il tarixli 006R192617015S saylı saziş ləğv edilməli, 18.09.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə 2779.87 manat məbləğində əsas borcu, 504.07 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, 07.02.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 806.54 manat əsas borc, 208.35 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla cəmi 4328.83 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması və 13.04.2020-ci il tarixli 006R192617015S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 18.09.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə 2779.87 manat məbləğində əsas borcu, 504.07 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu, 07.02.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 806.54 manat əsas borc, 208.35 manat faiz borcu, 10 mant cərimə borcu olmaqla cəmi 4328 (dörd min üz yüz iyirmi səkkiz) manat 83 (səksən üç) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun (15 on beş) manatı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2833/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2833/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver