Məhkəmə qərarları › İş №2(044)-2839/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2839/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2839/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, LG LED markalı televizor üçün 1320 manat ödənilməmiş hissə, 396 manat dəbbə, 26.08.2019-cu il tarixli müqaviləyə əsasən, Amur-Yataq-Dolab-Ceviz, Alyans-Masa Verona, VENETSİYA FS, Balis-Yumşaq, Soft-yumşaq, 3 yerli mebel əşyaları üçün, 1456 manat ödənilməmiş hissə, 409 manat dəbbə, cəmi 3581 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26.08.2019-cu il tarixli və 26.08.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı paltaryuyan, LG LED markalı televizor, Amur-Yataq-Dolab-Ceviz, Alyans-Masa Verona, VENETSİYA FS, Balis-Yumşaq, Soft-yumşaq, 3 yerli mebel əşyaları almış və nəticədə 3581 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 1717 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı "xxxx" MMC məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, LG LED markalı televizor, Amur-Yataq- Dolab-Ceviz, Alyans-Masa Verona, VENETSİYA FS, Balis-Yumşaq, Soft-yumşaq, 3 yerli mebel əşyaları almış, ilk aylar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. O, iddia ərizəsində göstərilən cərimə məbləği ilə razı deyildir. Mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına və qətnamə qəbul edilməsinə etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26.08.2019-cu il tarixli 00869887 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh Amur-Yataq-Dolab-Ceviz, Alyans-Masa Verona əşyaları satılmışdır. 26.08.2019-cu il tarixli ********* saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh Samsung markalı paltaryuyan, LG LED markalı televizor satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, LG LED markalı televizor üçün 1320 manat ödənilməmiş hissə, 5 manat cərimə, 26.08.2019-cu il tarixli müqaviləyə əsasən, Amur-Yataq-Dolab-Ceviz, Alyans-Masa Verona, VENETSİYA FS, Balis-Yumşaq, Soft-yumşaq, 3 yerli mebel əşyaları üçün, 1456 manat ödənilməmiş hissə, cərimə 5 manat, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan, LG LED markalı televizor üçün 1320 manat ödənilməmiş hissə, 5 manat cərimə, 26.08.2019-cu il tarixli müqaviləyə əsasən, Amur-Yataq-Dolab-Ceviz, Alyans-Masa Verona, VENETSİYA FS, Balis- Yumşaq, Soft-yumşaq, 3 yerli mebel əşyaları üçün, 1456 manat ödənilməmiş hissə, cərimə 5 manat, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar