Məhkəmə qərarları › İş №2(044)-2852/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2852/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2852/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim–Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Cavabdeh1 Calal oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Calal oğluna, Cavabdeh2 Calal oğluna və Cavabdeh3 Calal qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Calal oğlu, Cavabdeh2 Calal oğlu və Cavabdeh3 Calal qızından 42000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxaılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 Calal oğlu ilə münasibətləri olmuş və o, bu münasibətlərə etibar etməklə Cavabdeh1 Calal oğluna müxtəlif vaxtlarda müxtəlif məbləğlırdə borc pullar vermişdir. Ümumilikdə 42000 manat borcu yığılmış və Cavabdeh1 bu borcu ödəməkdən mütəmadi yayındığı üçün Zeynalın bacısı Ceyran və qardaşı Ceyhun həmin borcu ödəyəcəklərini bildirmişdilər. Lakin halhazıra kimi ona heç kəs pul ödəməmişdir. Odur ki, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan məhkəmə sorğusu əsasında əldə edilmiş İddiaçı ərizəsi əsasında toplanılmış HK-1\523 (RM-194\19) nömrəli materiallardan görünür ki, Cavabdeh1 Calal oğlunun ona qarşı dələduzluq etməsi faktı sübuta yetirilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 da həmçinin iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Calal oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək iddianın rədd edilməsinə dair qətnamə qəbul etdiyini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İşin hallarından, yəni iddiaçının bildirdiklərindən göründüyü kimi iddiaçı ona məxsus 42000 manat pulu borc şəklində Cavabdeh1 Calal oğluna verdiyini bildirmiş, Cavabdeh1 Calal oğlu isə öhdəliyin icrasından boyun qaçırmışdır. İddia tələbi sübut etmə yükü ilə bağlı olduğundan məhkəmə hesab edir ki, iddiaçı özü sübut etməlidir ki, həqiqətən də onun tərəfindən cavabdehlərə 42000 manat borc pul verilmişdir.İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, cavabdeh tərəfindən iddia etiraf edilməmişdir. İddiaçının sübutları ancaq şahid ifadələrindən ibarət olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o Gəncə şəhər 31 saylı orta məktəbdə müəllimə işləyir. Xəyaləni tanıdığından Xəyalə ondan borc pul istəmiş, o isə Xəyaləyə hissə-hissə 25.000 manat məbləğində borc vermişdir. Xəyalə həmin pulu Zeynala verdiyini bildirmişdi. O Xəyaləyə oul verərkən onun atası evdə bilməmiş, özünə pul lazım olub Xəyalədən pulları istəyəndə atası bundan xəbərdar olmuşdur. Xəyalə Zeynalı götürərək onlara gəlmiş, Zeynal Xəyalənin götürdüyü pulu qısa zaman müddətində qaytacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2011-ci ildə Xəyalə ilə birlikdə bankdan 4000 manat məbləğində pul götürərək Xəyaləyə vermişdir. Götürülmüş pulu Xəyalə ödəyə bilmədiyindən o pulu özü ödəmişdir. O pulu götürərək Xəyaləyə vermiş, Xəyalə isə pulu Zeynala verəcəyini demişdi. O Xəyalədən pulu istəyəndə Xəyalə Zeynal tərəfindən pulunun qaytarılmamasını bildirmiş, o bununla bağlı Zeynalla söhbət etmiş, Zeynalla Ekspress bankın qarşısında görüşərək pulu qaytarması barədə söhbət etdikdə Zeynal qısa zamanda qaytaracağını bildirmişdir. Məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul etmir. Belə ki, MPM-nin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Əvvəla həmin şahidlər işin halları barədə o qədər də məlumatlı olmamaqla məhkəmə iclasında verdikləri ifadələr ilə iddiaçının şikayəti əsasında aparılmış araşdırma zamanı Gəncə şəhər Nizami rayon Polis İdarəsində verdikləri izahatlar arasında ziddiyyətlər mövcuddur. Belə ki, X2 məhkəmə iclasında verdiyi ifadəsində Zeynal Xəyalənin ona olan borcunu etiraf etməsini, verilmiş puldan atasının sonradan xəbərdar olmasını bildirsə də, polis idarəsində verdiyi izahatında 25.000 manatı valideynlərinin yanında Xəyaləyə verməsini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, həmin şahid ya işin halları barədə məlumatlı deyil, ya da ümumiyyətlə belə bir şeyin şahidi olmamışdır. Məhkəmə digər şahid, X4 ifadəsinə münasibətdə onu qeyd edir ki, göründüyü kimi həmin şahid məhkəmə iclasında verdiyi ifadəsində pulu bankdan götürərək iddiaçıya verməsini bildirsə də, polis idarəsində verdiyi izahatında isə özünün kifayət qədər pulu olduğundan 2011-ci ildə Sevinc istədiyi məbləği ona vermiş və Sevinc pulu 3-4 aya qaytaracağını demişdir. Göründüyü kimi şahidlər yuxarıda göstərilmiş qaydada ifadə verməklə Zeynalla Xəyalə arasında borc müqaviləsi ilə bağlı öhdəliyin yaranmasından xəbərdar olmalarını bildirsələr də, məhkəmə onu qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən şahidlərin heç biri pulun Xəyalə tərəfindən Zeynala verilməsində iştirak etməmiş və bunun şahidi olmamışlar.Zeynalın isə Xəyalənin həmin şahidlər qarşısında götürdüyü öhdəliyi ilə bağlı məhkəmə onu qeyd edir ki, qeyd edilən şahidlər tələbin güzəşti əsası ilə Zeynala qarşı iddia qaldırmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Calal oğluna, Cavabdeh2 Calal oğluna və Cavabdeh3 Calal qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar