Məhkəmə qərarları › İş №2(044)-2861/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2861/2020

15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2861/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2002-ci il tarixdə X6 və xx.xx.2007-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən boşanmışlar və uşaqlar onun himayəsində yaşayırlar, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər uşağın saxlanması üçün hər ay 130 manat aliment təyin edilmişdir. Hazırda uşaqlar böyümüş, iqtisadi vəziyyət dəyişmiş, uşaqların tələbi artmışdır. Bundan başqa, uşaqlar tez-tez xəstələnirlər və onları cavabdehin köməyi olmadan tək müalicə etdirir. X1 yetkinlik yaşına çatdığı üçün cavabdehdən Zeynəbə görə verilən alimentin məbləğinin artırılmasını istəyir. Cavabdeh heç bir yerdə rəsmi işləməsə də, fərdi əməklə məşğuldur, həm fitnes klub işlədir və həm də təkər təmiri ilə məşğuldur, maddi vəziyyəti yaxşıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2001-ci il tarixdə rəsmi olaraq ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2002-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 adlı iki uşaqları var. Onların birgə yaşamaları mümkün olmamış və məhkəmə qətnaməsinə əsasən ayrılmışlar, uşaqlar iddiaçının himayəsində qalmışdır. Hazırda uşaqlardan Aysu yetkinlik yaşına çatmışdır. Onun başqa qadınla ailəqurmuş, onların bir uşağı var, həyat yoldaşı ikinci uşağa hamilədir. Özü hazırda heç yerdə işləmir, alimenti ödəyə bilmir və alimentə görə borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 2483/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(044)-1145/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilmiş, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı birgə nikahlarından xx xxx 2007-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2483/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1920 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2483/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx xxx 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2020-ci il tarixli 2(044)-2861/2020 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar