Məhkəmə qərarları › İş №2(044)-2865/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2865/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2865/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1405.00 manat sığorta ödənişi məbləğinin, 600 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaitinin cavabdeh X2 tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti ilə X11 arasında 20.10.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X6 05.08.2018-ci il tarixdə “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə-Yevlax yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi törətmiş və “X19” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunana zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1405.00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Gəncə şəhər BPİ DYPŞ-dən ünvanlarına 05.08.2018-ci il tarixli, İXP ******* saylı X15 protokol daxil olmuş, həmin protokola əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda X3 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin X22 Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi 10.08.2018-ci il tarixli, 317-5728-1218 saylı arayışa əsasən cavabdeh X6 yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzillayev tərəfindən məhkəməyə daxil olmuş ərizədə iş həcminin çox olması səbəbindən iştirakları olmadan keçirilməsini və cavabdehin iştirak etmədiyi halda işə qiyabi icraat qaydasında baxılması xahiş olunmuşdur. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçının nümayəndəsi cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 20.10.2017-ci il tarixli PAA-********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X8 məxsus “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə "xxxx" ASC ilə X11 arasında sığorta müqaviləsi bağlanmışdır. 24.01.2019-cu il tarixli AS-19/2007 saylı geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 zərərin aradan qaldırılması üçün ödənilmiş 1405.00 manat sığorta ödənişi məbləğinin 10 gün müddətində "xxxx" ASC-nə ödənilməsi xahiş olunmuşdur. 18.09.2018-ci il tarixli 4896/18/AA-4422/18 saylı Sığorta Aktının surətindən görünür ki, 05.08.2018-ci il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X8 məxsus “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 05.08.2018-ci il tarixdə Gəncə- Yevlax yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** CH *** qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş 1405.00 manat məbləğində sığorta ödənişi X7 ödənilmişdir. 20.09.2018-ci il tarixli BO000011971 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X7 1405.00 manat sığorta ödənişi olmuşdur. 19.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən verilmiş məktuba əlavə edilmiş çıxarışdan görünür ki, “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinə əsasən 29.04.2017-ci il tarixdə AC846773 saylı şəhadətnaməsi X1 adına, 23.10.2017-ci il traixdə AD035844 saylı şəhadətnaməsi Cavabdeh adına, 11.02.2019-cu il tarixdə AD410108 saylı şəhadətnaməsi X4 adına qeyd edilmişdir. 17.08.2018-ci il tarixdə Namik Ashirova məxsus “X20” markalı, 20DM 782 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablamadan görünür ki, “X20” markalı, 20DM 782 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1405.00 manat vəsat tələb olunması göstərilmişdir. 24.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Namik Ashirov tərəfindən X7 bir il müddətinə etibarnamə verilmişdir. AC 742224 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “X20” markalı, 20DM 782 dövlət qeydiyyat nişanlı avtomobil X9 adına qeyd olunmuşdur. 14.02.2018-ci il tarixli ƏN-Vİ 131110 saylı etibarnamənin surətindən görünür ki, “X20” markalı, 20DM 782 dövlət qeydiyyat nişanlı avtomobilə dair avtomobil X12 tərəfindən Namik Aşırova bir il müddətinə etibarnamə verilmişdir. Gəncə şəhər BPİ DYPŞ-nin 05.08.2018-ci il tarixli, İXP ******* saylı X15 protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və X3 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin X22 Şöbəsinin 10.08.2018-ci il tarixli, 317-5728- 1218 saylı arayışdan görünür ki, X6 05.08.2018-ci il tarixdə saaat 21:50 radələrində Gəncə-Yevlax yolunda idarə etdiyi “Opel Astra” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh X2 1405.00 manat sığorta ödənişi məbləği, 600 manat işlərin görülməsi xərc və 30 manat dövlət rüsumu, cəmi 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 1405.00 manat sığorta ödənişi məbləği, 600 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu, cəmi 2035 (iki min otuz beş) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar