Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2870/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yedioyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğvi və kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı « kredit müqaviləsinin ləğvi və kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.06.2019-cu il tarixli 005CASA191700013 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 11187.36 manat, faiz borcu üzrə 48.74 manat, cəmi 11236.10 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12748 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən Cavabdeh1 19 iyun 2019-cu il tarixli 005CASA191700013 saylı güzəştli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 11277.36 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə 11236.10 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən cavabdehə banka olan borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 17.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 12748 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən onunla bank arasında bağlanmış 19.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 11277.36 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk vaxtlar banka olan borcundan ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 19.06.2019-cu il tarixli 005CASA191700013 saylı güzəştli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 60 ay müddətinə 11277.36 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 22.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə əsas borc üzrə 11187.36 manat, faiz borcu üzrə 48.74 manat, cəmi 11236.10 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.06.2019-cu il tarixli 005CASA191700013 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 11187.36 (on bir min yüz səksən yeddi manat otuz altı qəpik) manat, faiz borcu üzrə 48.74 (qırx səkkiz manat yetmiş dörd qəpik) manat, cəmi 11236.10 (on bir min iki yüz otuz altı manat on qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19.06.2019-cu il tarixli 005CASA191700013 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 11187.36 (on bir min yüz səksən yeddi manat otuz altı qəpik) manat, faiz borcu üzrə 48.74 (qırx səkkiz manat yetmiş dörd qəpik) manat, cəmi 11236.10 (on bir min iki yüz otuz altı manat on qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2870/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2870/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver