Məhkəmə qərarları › İş №2(044)-2874/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2874/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2874/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 iyul 219-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22 iyul 2019-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsi üzrə 2315.85 manat əsas kredit borcu, 19 manat kreditdən istifadəyə görə faiz borcu cəmi 2334.85 manat həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 22 sentyabr 2014-cü il tarixli 005CASA142650001 saylı Kredit müqaviləsinə əsasən 6600 manat məbləğində kredit verilmişdir. Azərbayan Respublikasının fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının 28 fevral 2019-cu il tarixli , 551 nömrəli fərmanına əsasən Cavabdeh1 22 iyul 2019-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla 2315.85 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi X2 22 iyul 2019-cu il tarixli, 005FİZAM46985602 saylı zaminlik müqaviləsi bağlamış, bununla da zamin cavabdeh borclu ilə birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqdim ayının müvafiq tarixin də hə kredit məbləğni hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləği ödəməli idi. Kreditin restrukturizasiyasına dair müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 03.06.2021-ci il tarixə Bank Respublika ASC-yə 22 iyul 2019-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsi üzrə 2315.85 manat əsas kredit borcu, 19 manat kreditdən istifadəyə görə faiz borcu cəmi 2334.85 manat borcu qalmaqdadır. Məhkəmədə işə baxılarkən banka sonradan məlum olmuşdur ki, Cavabdeh1 07.01.2020-ci il tarixdə vəfat etmişdir. Digər cavabdeh Cavabdeh2 isə Kəpəz rayonunda qeydiyatdadır. Odur ki, mülki işin Cavabdeh1 münasibətdə xitam olunmasına, digər Cavabdeh2 münasibətdə isə qeydiyyatda olduğu yerin məhkəməsinə, yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Çünki məhkəmə araşdırması zamanı Elektron Məhkəmə Sistemindən müəyyən edilmişdir ki, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində doğulmuş Cavabdeh1 07.01.2020ci il tarixdə vəfat etmişdir. Buna görə də iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Digər Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan Gəncə şəhəri Kəpəz rayonuna aid olduğundan hazırkı mülki işə ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 31, 32, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair 2(044)-2874/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar