Məhkəmə qərarları › İş №2(044)-2875/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2875/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2875/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kreditin və faizin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 005CASA201250009 saylı kredit müqaviləsinə dair razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 1802.51 manat məbləğində əsas borc və 211.79 manat faiz borcu olmaqla, ümumilikdə 2014.3 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019-cu il tarixli 005CASA191700012 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 25 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh2 arasında 19.06.2019-cu il tarixli, 005FİZAM65538002 nömrəli zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş. Və həmçinin bu barədə öhdəlik imzalamışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 İddiaçı ASC-yə 04.09.2020-ci il tarixdə ərizə ilə müraciət edərək kredit müqaviləsini restrukturizasiya edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh1 ilə iddiaçı arasında 19.06.2019-cu il tarixli 005CASA191700012 saylı kedit müqaviləsinin restrukturizasiyasına dair 04.09.2020ci il tarixli 005CASA201250009 saylı razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, restrukturizasiyanın nəticəsində yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 04.09.2020-ci il tarixli 5FİZAM165538001 zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsinin restrukturizasiyasına dair 04.09.2020-ci il tarixli 005CASA201250009 saylı razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və həmçinin bu barədə öhdəlik imzalamışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 22.06.2021-ci il tarixə İddiaçı ASC-nə 1802.51 manat əsas kredit borcu, 211.79 manat faiz borcu, cəmi 2014.3 manat məbləğində borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hesablanmış əsas və faiz borcun qəbul edir, lakin pandemiyaya görə ödənişlər edə bilməmişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, hesablanmış borc məbləğinə etiraz etmir, lakin bir dəfəyə ödəniş etmək imkanı olmadığından hər ay hissə-hissə ödənişlər edəcəkdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019cu il tarixli 005CASA191700012 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 25% dərəcəsi ilə 18 ay müddətinə şəxsi istehlak məqsədi üçün 3000 manat məbləğində kredit verilmişdir. - 19.06.2019-cu il tarixli X2 surətindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3000 manat pul ödənilmişdir. - 19.06.2019-cu il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, zamin Cavabdeh2 borc alan Cavabdeh1 19.06.2020-ci il tarixli 005CASA191700012 saylı kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. - 04.09.2020-ci il tarixli restrukturizasiya razılaşmasından görünür ki, 19.06.2019-cu il tarixli kredit müqaviləsinin icra müddəti 06.09.2021-ci il tarixədək uzadılmışdır. - 22.06.2021-ci il maliyyə arayışından görünür ki, borcluların banka 1802.51 manat əsas borc və 211.79 manat faiz borcu olmaqla, cəmi 2014.3 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan yaranmış borcu tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 005CASA201250009 saylı kredit müqaviləsinə dair razılaşma ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1802.51 manat əsas və 211.79 manat faiz borcu olmaqla, cəmi 2014.3 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehdənlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli 005CASA201250009 saylı kredit müqaviləsinə dair razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1802.51 manat əsas və 211.79 manat faiz borcu olmaqla, cəmi 2014 (iki min on dörd) manat 03 (üç) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar