Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2899/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06L00000 saylı kredit xətti müqaviləsinin, xx.xx.2014-cü il tarixli, 6R000018023 saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiacı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə; 006KK**********01 saylı kredit razılaşması 1699.47 manat məbləğində kredit borcu 254.05 manat məbləğində faiz borcu və 2798.17 manat məbləğində cərimə borcu; 06R000018023 saylı kredit razılaşması üzrə 1443.27 manat məbləğində kredit borcu, 4124.95 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 10319 (on min üç yüz on doqquz) manat 91 (doxsan bir) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinəəsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Samir İsmayəlov məhkəməyəvəsatət təqdim edərək, mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinəəlavə etdiyi sənədlərin əsillərinin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, idda ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə vermiş olduğu ərizə qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı vəəlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barəsindəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4.-cü maddəsinəəsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlışəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncəşəhəri Nizami rayon Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №2(044)-2899/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2899/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver