Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-29/2022 13.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 11856.90 manat, cərimə 3002.99 manat, cəmi 231999.57 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış və qeyri-yaşayış sahələrindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 mart 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 49 ay müddətinə 370000 manat bəbləğində kredit xətti ayrılmış, xx.xx.2016-cı il tarixdə bank ilə Cavabdeh1 arasında bağlanmış 01 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə 359115 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0,119 ha torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş ipoteka predmeti qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Eyni zamanda kredit müqaviləsinin icrasının təmini kimi bank ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası bankın hesabına ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti dövlət qeydiyyatına alınmış, kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqvailəsi üzrə öhdəlikləri mütəmadi olaraq gecikdirmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə kimi banka olan borclarını ödəməmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Mürvətağa Abışov məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 18414.75 manat, cərimə 8015.27 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 243659.69 manat «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, cavabdehdən həmin məbləğin tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğlər hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğlər borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borcludan tutulmasının təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Pərviz Bayramov tərəfindən məhkəməyə daxil olmuş iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 33479.99 manat, cərimə 28400.67 manat, cəmi 279020.34 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSCnin xeyrinə ödənilməsi, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyriyaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış və qeyri-yaşayış sahələrinin 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Pərviz Bayramov məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 33479.99 manat, cərimə 28400.67 manat, cəmi 279020.34 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış və qeyri-yaşayış sahələrinin 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Pərviz Bayramov məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 57093.86 manat, cərimə 217139.68 manat, cəmi 361150.76 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış və qeyri-yaşayış sahələrinin 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Pərviz Bayramov məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 94188.55 manat, cərimə 198201.31 manat, cəmi 509529.54 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 90000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (ədə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X3 Azərbaycan» QSC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 manat, faiz borcu üzrə 94188.55 manat, cərimə 198201.31 manat, cəmi 509529.54 manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması, banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evinə və 0.007 ha torpaq sahəsində, ümumi sahəsi 172.6 kv.m və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ilkin satış qitmətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış fərdi yaşayış evinə görə 120000 manat və qeyri-yaşayış binasına görə 230000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X3 Azərbaycan» QSC tərəfindən alındıqda (ədə edildikdə) 10 (on) gün müddətində boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsindən görünür ki, «X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 49 ay müddətinə 370000 manat bəbləğində kredit xətti ayrılmışdır. xx.xx.2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli kredit xəttinin açılması barədə 204910/03 saylı kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 01 saylı kredit sazişindən görünür ki, «X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 48 ay müddətinə 359115 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli 204910/03 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən 0.007 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 172.6 kv.m, 1 mərtyəbəli, digər təyinatlı, qeyri-yaşayış binası bankın hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli 204910/03 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan 0.119 torpaq sahəsində, ümumi sahəsi 131.4 kv.m, yaşayış sahəsi 43.6 kv.m, yardımçı sahəsi 87.8 kv.m olan Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində fərdi yaşayış evi Cavabdeh1 adına qeyd edilmişdir. xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri yaşayış binası Cavabdeh1 adına qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri yaşayış binası «X3 Azərbaycan» QSC-nin Gəncə filialının hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evi «X3 Azərbaycan» QSC-nin Gəncə filialının hesabına ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 04 saylı hesabatından görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 75B ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dəyəri 350000 (üç yüz əlli min) manat və Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dövrdə olan 150000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində olan fərdi yaşayış evinin real bazar dəyəri 155000 manat, likvid dəyəri 120000 (yüz iyirmi min) manat təşkil edir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri yaşayış binasının real bazar dəyəri 355000 manat, likvid dəyəri 300000 (üç yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, iddia tələbinin fərdi yaşayış evinin və qeyri-yaşayış binasının açıq hərracdan satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 94188.55 (doxsan dörd min yüz səksən səkkiz manat əlli beş qəpik) manat, cərimə 2000 (iki min) manat, cəmi 313328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat, bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetlərinə yönəldilməli, həmin əmlakların açıq hərracdan satılması hesabına borcun ödənilməsi təmin edilməli, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, banka təhvil verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 217139.68 (iki yüz on yeddi min yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 94188.55 (doxsan dörd min yüz səksən səkkiz manat əlli beş qəpik) manat, cərimə 2000 (iki min) manat, cəmi 313328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat və bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumu «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilsin. İlkin satış qiyməti 120000 (yüz iyirmi min) manat dəyərində qiymətləndirilmiş Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evi və ilkin satış qiyməti 300000 (üç yüz min) manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına 313328.23 (üç yüz on üç min üç yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat və bildirişin qeydə alınması üçün 60 manat, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «X3 Azərbaycan» QSC-nə ödənilsin. Daşkəsən rayonu, Xoşbulaq kəndində 0.119 torpaq sahəsində olan fərdi yaşayış evi və Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 75B ünvanda yerləşən qeyri-yaşayış binası hərracda satıldıqdan sonra bir ay müddətində boşaldılaraq, «X3 Azərbaycan» QSCyə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-29/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-29/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver