Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-290/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 8085,95 manat, faiz borcuna görə 649.32 manat, cərimə borcuna görə 520.67 manat, cəmi 9255.94 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələblərin xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ACS-nin Gəncə filialı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı saxlanc girov müqaviləsi bağlanılaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi (1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd braslet-çəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulon-çəkisi 5 qr, əyarı 585, 3 ədəd üzük-çəkisi 22.2 qr, əyarı 750) həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə cəmi 9255.94 manat borcun ödənilməsinə, borc yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək məhkəmədən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 8085,95 manat, faiz borcuna görə 2417 manat, cərimə borcuna görə 2000 manat, cəmi 12502,95 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələblərin xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ACS-nin Gəncə filialı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı saxlanc girov müqaviləsi bağlanılaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi (1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd brasletçəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulonçəkisi 5 qr, əyarı 585, 3 ədəd üzük-çəkisi 22.2 qr, əyarı 750) həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə cəmi 12502,95 manat borcun ödənilməsinə, borc yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı saxlanc girov müqaviləsi bağlanaraq qızıl-zinət əşyaları (1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd braslet-çəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulon-çəkisi 5 qr, əyarı 585, 3 ədəd üzük-çəkisi 22.2 qr, əyarı 750) girov qoyulmuşdur. Kredit şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərini icarə edilməsindən qərəzli olaraq yayınmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsinin surətindən görünür ki, 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir; xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı saxlanc girov müqaviləsinin surətindən görünür ki, 1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd braslet-çəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulon-çəkisi 5 qr, əyarı 585, 3 ədəd üzük-çəkisi 22.2 qr, əyarı 750 qızıl-zinət əşyaları girov qoyulmuşdur; İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdehnın xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı əsas borc üzrə 8085,95 manat, faiz borcuna görə 649.32 manat, cərimə borcuna görə 520.67 manat, cəmi 9255.94 manat borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək X1 iddia tələbində göstərilənləri nəzərə alaraq məhkəmədən mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh qarşı tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə əsaslıdır və məhkəmə hesab edir ki, əsas borca görə 8085,95 manat, faiz borcuna görə isə 2417 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə cərimə borcuna aid hissədə iddia tələbini qismən əsaslı hesab edir.Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, dəbbə pulu əsas borcun 5%-i həddində təmin edilməlidir. İş materiallarından göründüyü kimi cavabdehin əsas borcu 8085,95 manatdır. 520.67 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 404 manat 30 qəpik məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın digər hissəsi ilə bağlı aşağıdıakıları qeyd edir: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kreditor İddiaçıASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsinə əsasən, borcalana illik 24 ay müddətinə, illik 30% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2019-cu il tarixdə bank ilə girov qoyan Cavabdeh arasında girov müqaviləsi bağlanmış, ona məxsus olan 1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd braslet-çəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulon-çəkisi 5 qr, əyarı 585, 3 ədəd üzük-çəkisi 22.2 qr, əyarı 750 olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Borclu Cavabdeh kredit müaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən nəticədə onun yuxarıda göstərilmiş məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh məxsus qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əldə edilmiş pul vəsaiti yetərli olmadığından tutmanın ümumi qaydada həyata keçirilməsinə dair hissəsini əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə 8085.95 manat, faiz borcuna görə 2417 manat, cərimə borcuna görə 404,30 manat, cəmi 10907,25(on min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd sep- çəkisi 48 qram əyarı 583, 6 ədəd braslet-çəkisi 186.2 qram, əyarı 583, 1 ədəd braslet yolka-çəkisi 13.2 qr, əyarı 583, 1 ədəd kulon-çəkisi 5 qr, əyarı 585, çəkisi 22.2 qr, əyarı 750 olan 3 ədəd üzükdən ibarət qızıl zinət əşyalarına yönədilməli, bu əmlaklar hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə 10907,25(on min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ACS-yə ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə 8085.95 manat, faiz borcuna görə 2417 manat, cərimə borcuna görə 404,30 manat, cəmi 10907,25(on min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd çəkisi 48 qram əyarı 583 olan sep, 6 ədəd çəkisi 186.2 qram, əyarı 583 olan braslet, 1 ədəd çəkisi 13.2 qr, əyarı 583 olan braslet yolka, 1 ədəd çəkisi 5 qr, əyarı 585 olan kulon, çəkisi 22.2 qr, əyarı 750 olan 3 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin.Həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsinə əsasən yaranmış 10907,25(on min doqquz yüz yeddi manat iyirmi beş qəpik) manat borcu və 30 manat dövlət rüsumu İddiaçı ACS-yə ödənilsin, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxx 2019-cu il tarixli, GNLMB 8147 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh borcun qalığı ümumi qaydada tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-290/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-290/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver