Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2901/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı “kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT “xxxxxxxx” MMC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq BOKT “xxxxxxxx” MMC-nin hesabına ödənilməsinə, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 500 ABŞ dolları dəyərində 36 qram çəkidə olan dörd ədəd üzük, bir ədəd qolbağı və bir ədəd boyunbağı qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. BOKT “xxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “X2” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə xx xxxxxx 2020-ci il tarixə qədər illik 12% dərəcəsini tətbiq etməklə 2998.55(iki min doqquz yüz doxsan səkkiz manat 55 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yerinə yetirməkdən də imtina etmişdir. Beləliklə də Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.Göstərilən kredit müqaviləsinin təminatı kimi iddiaçı BOKT “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən, cavabdehə məxsus 500 ABŞ dolları dəyərində 36 qram çəkidə olan dörd ədəd üzük, bir ədəd qolbağı və bir ədəd boyunbağı qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 2707.30(iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini və işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir,gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olanmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsindən görünür ki, BOKT “X2” MMC-nin Gəncə filialı tərəfindən Cavabdeh48 ay müddətinə xx xxxxxx 2020-ci il tarixə qədər illik 12% dərəcəsini tətbiq etməklə 2998.55(iki min doqquz yüz doxsan səkkiz manat 55 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixliLD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 2707.30(iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat,təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinəəsasən hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş iddiaçı BOKT “X2” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, Girov Müqaviləsindən görünür ki, Cavabdeh 500 ABŞ dolları dəyərində 36 qram çəkidə olan dörd ədəd üzük, bir ədəd qolbağı və bir ədəd boyunbağı qızıl-zinət əşyalarını təminat kimi BOKT “X2” MMC-nin Gəncə filialına girov qoymuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, BOKT “xxxxxxxx” MMC borclu Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh BOKT “X2” MMC-nin Gəncə filialındankreditdən istifadəyə görə illik 48 ay müddətinə xx xxxxxx 2020-ci il tarixə qədər illik 12% dərəcəsini tətbiq etməklə 2998.55(iki min doqquz yüz doxsan səkkiz manat 55 qəpik) manat məbləğində kredit götürmüş, müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, banka 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərməlidir. Pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 5 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhtəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərərin azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarınada olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün BOKT “xxxxxxxxxx” MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 (beş yüz) manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30,40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh əsas borc üzrə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat və 30 manat ödənilmiş dövlət rüsumu BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş 36 qram çəkidə olan dörd ədəd üzük, bir ədəd qolbağı və bir ədəd boyunbağı qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşya açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılmalı, satışdan əldə ediləcək vəsait iddia tələbini ödəmək üçün yetərli deyildirsə qalıq borc cavabdehdən tutularaq iddiaçı BOKT “xxxxxxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat, faiz borcu üzrə 0.00(sıfır) manat, cərimə üzrə 0.00(sıfır) manat olmaqla, ümumilikdə 2707.30 (iki min yeddi yüz yeddi manat 30 qəpik)manat və 30 manat ödənilmiş dövlət rüsumu BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus 36 qram çəkidə olan dörd ədəd üzük, bir ədəd qolbağı və bir ədəd boyunbağı qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşya açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh BOKT “xxxxxxxx” MMC-nə olan kredit borcu ödənilsin və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılsın. Satışdan əldə ediləcək vəsait iddia tələbini ödəmək üçün yetərli deyildirsə qalıq borc cavabdehdən tutularaq iddiaçı BOKT “xxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2901/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2901/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver