Məhkəmə qərarları › İş №2(044)-2901/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2901/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2901/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Muxtar qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Muxtar qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Muxtar qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən 13.04.2006-cı il təvəllüdlü X7, 08.03.2007-ci il təvəllüdlü X4, 05.02.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşağa hər ay 175 manat, cəmi 525 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Muxtar qızı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.04.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından 13.04.2006-cı il tatixdə anadan olmuş X7, 08.03.2007-ci il tarixdə anadan olmuş X4, 05.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər birinə ayda 70 manat, cəmi 210 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüş, böyük oğlu X9 xəstədir və mütəmadi olaraq müalicəyə ehtiyacı vardır, uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin məbləği uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir, cavabdeh isə övladları ilə ümumiyyətlə maraqlanmamış, məhkəmə tərəfindən müəyyən olunmuş alimentin məbləğini vaxı-vaxtında ödəmir və hazırda cavabdehin 4000 manat aliment borcu yaranmışdır. O, uşaqların bütün qayğılarını, ehtiyaclarını tək özü ödəyir, böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsada cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərməmişdir. O, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinlik çəkir, hətta uşaqlarını nəzarətsiz qoymamaq üçün işləyə bilmir. O, uşaqların saxlanmasında maddi çətinlik çəkir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində göstərilən məbləğ ilə razı deyildir və o, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş üç uşağa görə 240 manat məbləğində alimenti çətinliklə ödəyir. O, hər uşaq üçün 90 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.04.2015-ci il tarixli 2(044)-1024/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında 03.05.2006-cı il tarixdə Gəncə şəhər Nikah evində 137 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları 13.04.2006-cı il tatixdə anadan olmuş X9, 08.03.2007-ci il tarixdə anadan olmuş X8, 05.02.2009-cu il tarixdə anadan olmuş X6 anaları X2 yanında qalmaları, 13.04.2006-cı il tatixdə anadan olmuş X7, 08.03.2007-ci il tarixdə anadan olmuş X4, 05.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 18.02.2015-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləği ilə bir uşaq üçün 70 manat, cəmi 210 manat miqdarında aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. 14.05.2015-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən görünür ki, Cavabdeh ilə X2 nikahları14 may 2015-ci il tarixdə 168 saylı akt qeydi ilə pozulmuş, qadına Cabbarova soyadı verilmişdir. 19.05.2006-cı il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 13 aprel 2006-cı il tarixdə X9 anadan olmuşdur. 16.03.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 08 mart 2007-ci il tarixdə X8 anadan olmuşdur. 23.06.2009-cu il tarixdə Gəncə şəhəri Nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 05.02.2009-cu il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.04.2015-ci il tarixli 2(044)-1024/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 13.04.2006-cı il tatixdə anadan olmuş X7, 08.03.2007-ci il tarixdə anadan olmuş X4, 05.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3600 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.04.2015-ci il tarixli 2(044)-1024/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 13.04.2006-cı il tarixdə anadan olmuş X7, 08.03.2007-ci il tarixdə anadan olmuş X4, 05.02.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 26.08.2021-ci il tarixli 2(044)-2901/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar