Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2903/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, X5 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Kredit Təşkilatı «xxxxxxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2016-cı il tarixli LD16281/00017 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 740.76 manat, xx.xx.2018-ci il tarixı qədər hesablanmış faiz borcu üzrə 0.0 manat, cərimə 0.0 manat, cəmi 740.76 manat və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 50 ABŞ dolları dəyərində çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılması, satəşdan əldə olunmuş vəsait hesabına olan BOKT «xxxxxxxx» MMCnin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «X6» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə 3072 manat məbləğində kredit verilmiş və BOKT «X6» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT«xxxxxxxx» MMC-nə satılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələni məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 50 ABŞ dolları dəyərində çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzükdən ibarət qızıl-zinət və ev əşyaları girov qoyulmuş və eyni zamanda Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehlərin banka 740.76 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə 3072 manat məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini kimi xx.xx.2016-cı il tarixli girov müqaviləsi bağlanmış ona məxsus 50 ABŞ dolları dəyərində çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzük və ev əşyaları girov qoyulmuş, iddiaçı ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə BOKT«xxxxxxxx» MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh BOKT«xxxxxxxx» MMC-nə olan cəmi 740.76 manat məbləğində borcu vardır. xx.xx.2016-cı il tarixli LD16281/00017 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «X6» MMC tərəfindən Cavabdeh 24 ay müddətinə 3072.00 manat məbləğində kredit verilmiş və bank ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli LD16281/00017 saylı girov müqaviləsinin surətindən görünür ki, BOKT «X6» MMC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus LG-107, LG markalı paltaryuyan, Bosh markalı Qabyuyan, xalça, Mitsubishi markalı kondisionerdən ibarət ev əşyaları girov qoyulmuşdur. xx.xx.2012-ci il tarixli qızıl-zinət əşyalarının götürülməsinə dair tərtib olunmuş aktın surətindən görünür ki, Cavabdeh məxsus bir ədəd üzük və çəkisi 29.7 qram olan 583 əyarlı bir ədəd sep, cəmi 400 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə qızıl-zinət əşyalarının qaytarılması haqqında aktın surətindən görünür ki, Cavabdeh məxsus bir ədəd 583 əyarlı 25.2 qram çəkisi olan və 350 ABŞ dolları dəyərində sep BOKT «X6» MMC tərəfindən Cavabdeh qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbinin satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcunun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada cəmi 740.76 (yeddi yüz qırx manat yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi girov qoyulmuş X1 məxsus 50 ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) dəyərində çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməli və həmin əşya hərracda satılmalı, satəşdan əldə olunmuş vəsait BOKT «xxxxxxxx» MMC-nə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada cəmi 740.76 (yeddi yüz qırx manat yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi girov qoyulmuş X1 məxsus 50 ABŞ dolları dəyərində (ödəniş vaxtına manatın məzənnəsi üzrə) çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilsin. Cavabdeh məxsus 50 ABŞ dolları dəyərində (hazırkı vaxta manatın məzənnəsi üzrə) çəkisi 4.5 qram olan 583 əyarlı bir ədəd üzükdən ibarət qızıl-zinət əşyasının satışından əldə olunmuş vəsait hesabına cəmi 740.76 (yeddi yüz qırx manat yetmiş altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu BOKT «xxxxxxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-2903/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2903/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver