Məhkəmə qərarları › İş №2(044)-2905/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2905/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2905/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Mustafayev Əli Nazim oğlunun katibliyi İddiaçı–İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər–Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı “əşyaları ilə birgə evdən çıxarılma və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən çıxarılmalarını, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı ev paylı mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və ona məxsus olmuş və 18 iyun 2021-ci il tarixdə hərrac təşkilatında keçirilən hərrac vasitəsilə ona satılmışdır. Bundan sonra digər payçıların hesabına paylarına uyğun olaraq hər birinə 7875 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, onların mülkiyyət hüququna xitam verilmişdir. Cavabdeh4 payına uyğun pul məbləği, o və qızı Cavabdeh5 başqa ünvanda yaşayırlar, lakin ona məxsus evdə qeydiyyatda dururlar, Cavabdeh3 və onun yetkinlik yaşına çatmamış qızı X3 isə həm ona məxsus evdə yaşayırlar və həm də pasport qeydiyyatındadırlar. Bundan başqa, Cavabdeh1 15 il Rusiya Federasiyasında yaşamış, 2006-cı ildən bəri, hazırda mübahisəli olan evin Təranənin və Pərvanənin payları olan hissəsinə köçmüşdür. Lakin, Xalidə onun ailə üzvü olmadığı üçün ona məxsus olan evdən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Cavabdeh2 Cavabdeh1 qızıdır və o, heç vaxt bu evdə yaşamamış, formal olaraq qeydiyyatda durur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan 06.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı fərdi yaşayış evi tam mülkiiyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır; İş materiallarında olan İcra vərəqəsindən görünür ki, İddiaçı, Cavabdeh3 və X5 paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satilması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi qərara alınmışdır; 30.03.2021-ci il tarixli, 02 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı 7875 manat pulu Cavabdeh3 adına saxlanc pul şəklində köçürmüşdür; 09.03.2021-ci il tarixli, 01 saylı ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı 7875 manat pulu X5 adına saxlanc pul şəklində köçürmüşdür; 10.06.2014-cü il tarixli "xxxx" MMC Hərrac Mərkəzinin məktubundan görünür ki, Əliyeva (Məlikova) Rəmidə Rza qızının, Cavabdeh3, X5 paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti–63000 manat olmaqla tələbkar-alıcı Əliyeva (Məlikova) Rəmidə Rza qızına (AZ5******** AŞAN - GƏNCƏ 14.03.21) satılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh3 əlavə olaraq izahatında göstərdi ki, Sədaqət onun qızıdır. Günel isə Rusiyada olmaqla mübahisə evdə yaşamır. Onlar hərracın nəticələrini mübahisələndirməmişlər. Xalidə hazırda məhkəmənin həyətinə qədər gəlmiş, ancaq səhhəti imkan vermədiyindən o məhkəmə iclasına gələ bilməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını işdə olan digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi 1/8 hissə pay ilə Cavabdeh3, 1/8 hissə pay ilə X5, 1/8 hissədə pay ilə İddiaçı, 5/8 pay ilə X6 adına qeyd edilmişdir. 24.06.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında mülkdə olan 5/8 hissə (145.6 kv.m) payını İddiaçı bağışlamışdır. Bundan sonra 25.08.2017-ci il tarixli çıxarışa əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evi 1/8 hissədə pay ilə Cavabdeh3, 1/8 hissədə X5, 6/8 hissədə pay ilə İddiaçı adına qeyd edilmişdir. Tərəflərin anası X9 27.01.2018-ci il tarixdə vəfat etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 20 noyabr 2019cu il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı, Cavabdeh3 və X5 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi qərara alınmışır. Rəmidə Rza qızı 7875 manat pulu Cavabdeh3, 7875 manat pulu isə X5 adına saxlanc pul şəklində köçürmüşdür.10.06.2014-cü il tarixli "xxxx" MMC Hərrac Mərkəzinin məktubundan görünür ki, Əliyeva (Məlikova) Rəmidə Rza qızının, Cavabdeh3, X5 paylı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qiyməti–63000 manat olmaqla tələbkar-alıcı Əliyeva (Məlikova) Rəmidə Rza qızına (AZ5******** AŞAN - GƏNCƏ 14.03.21) hərrac vasitəsilə satılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlər hərracın nəticələrini və iddiaçının adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışı mübahisələndirməmişlər. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi iddiaçı hərrac nəticəsində Cavabdeh3 və X7 aid hissədə payları əldə etməsinə baxmayaraq onlar alqı-satqı müqaviləsinin predmeti olan evi iddiaçıya faktiki olaraq verməkdən imtina edirlər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus evdən çıxarılmaqla onların həmin evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə Cavabdeh1 da istifadə hüquqlarının itilmiş hesab edilməsinə dair tələbə də hüquqi qiymət verərək onu qeyd edir ki, göründüyü kimi onun mübahisəli evə dair bağşlanmış əmlakdan məcburi payın verilməsinə dair tələbi təmin edilməmişdir. Xalidə hazırki iş üzrə iddiaçı ilə deyil, digər cavabdehlərə məxsus düşən payda yaşamışdır.Digər cavabdehlərə aid olan hissə hərrac vasitəsilə satılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 da həmin evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə eyni zamanda Cavabdeh1 diqqətinə onu çatdırır ki, o nun istifadə hüququnun itirilməsi ilə bağlı ona dəymiş ziyan tələbi ilə Cavabdeh3 və X7 qarşı iddia qaldrmaq hüququnun olması istisna edilmir. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərə məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdə saxlanılması Mülki Məcəllənin yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi baxımından mülkiyyətə qəsd hesab edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 əşyaları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən çıxarılmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh1 əşyaları ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 8-ci dalan, 11 saylı evdən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar