Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2908/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 378(üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113(yüz on üç) manat dəbbə pulu, cəmi 491 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61339 Xiaomi Mi A2 markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1280(min iki yüz səksən)manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu, cəmi 1556 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Xiaomi Mi band 4 qol saatı üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 130 manat, ümumilikdə 2364 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 2394 (iki min üç yüz doxsan dörd) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann markalı LED televizor, İMEİ kodu **********61339 Xiaomi Mi A2 markalı telefon, Samsung markalı LED televizor, Xiaomi Mi band 4 qol saatı almış, nəticədə 2364(iki min üç yüz altmış dörd) manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 756 (63 manat x 12 ay+0 manat ilkin ödəniş) manat olan Hoffmann markalı LED televizor üçün 491 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 434 (72 manat x 6ay+0 manat ilkin ödəniş) manat olan İMEİ kodu **********61339 Xiaomi Mi A2 markalı telefon üçün 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1645 (92 manat x 15 ay+265 manat ilkin ödəniş) manat olan Samsung markalı LED televizor üçün 1556 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 120 (20 manat x 6 ay+0 manat ilkin ödəniş) manat olan Xiaomi Mi band 4 qol saatı üçün 130 manat borc yaranmışdır. Cavabdeh cəmi 1053(min əlli üç) manat ödəniş etmişdir. Göstərilənlər əsas gətirilərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 378(üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 113(yüz on üç) manat dəbbə pulu, cəmi 491 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********61339 Xiaomi Mi A2 markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, cəmi 187 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1280(min iki yüz səksən)manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu, cəmi 1556 manat, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən Xiaomi Mi band 4 qol saatı üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, cəmi 130 manat, ümumilikdə 2364 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 2394 (iki min üç yüz doxsan dörd) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barərədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il 00870714 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən «xxxxxxxxxxx» MMC-dən dəyəri 120 manat olan Xiaomi Mi band 4 qol saatı almış və 6 ay müddətinə, aylıq 20 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00570443 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən «xxxxxxxxxxx» MMC-dən dəyəri 756 manat olan Hoffmann markalı LED televizor almış və 12 ay müddətinə, aylıq 63 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00674528 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 2 manat ilkin ödəniş etməklə «xxxxxxxxxxx» MMC-dən dəyəri 434 (dörd yüz otuz dörd) manat olan İMEİ kodu **********61339 Xiaomi Mi A 2 markalı telefon almış və 6 ay müddətinə, aylıq 72 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00762879 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 265 manat ilkin ödəniş etməklə «xxxxxxxxxxx» MMC-dən dəyəri 1645 manat olan Samsung markalı LED televizor almış və 15 ay müddətinə, aylıq 92 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-nə 1902 manat əsas borc, 462 manat dəbbə pulu olmaqla, cəmi 2364 (iki min üç yüz altmış dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. xx.xx.2019-cu il 00870714 nömrəli müqavilənin əlavə ödəniş cədvəlinin 5-ci bəndinə əsasən "xxxxxxxxxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxxxxxxxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 12 AZN cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. xx.xx.2019-cu il tarixli 00674528 nömrəli müqavilənin əlavə ödəniş cədvəlinin 5-ci bəndinə əsasən "xxxxxxxxxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxxxxxxxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 44 AZN cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. xx.xx.2019-cu il tarixli 00762879 nömrəli müqavilənin əlavə ödəniş cədvəlinin 5-ci bəndinə əsasən "xxxxxxxxxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxxxxxxxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 165 AZN cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann markalı LED televizor, İMEİ kodu **********61339 Xiaomi Mi A2 markalı telefon, Samsung markalı LED televizor, Xiaomi Mi band 4 qol saatı almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 462 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 20 (iyirmi) manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, alqı-satqı müqaviləsi üzrə 1902(min doqquz yüz iki) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 1922(min doqquz yüz iyirmi iki) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1902(min doqquz yüz iki) manat əsas borc, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 1922(min doqquz yüz iyirmi iki) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1952(min doqquz yüz əlli iki) manat pul tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2908/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2908/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver