Məhkəmə qərarları › İş №2(044)-291/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-291/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-291/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer üçün 683 manat ödənilməmiş hissə, 212 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1498 manat ödənilməmiş hissə, 445 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən HP 15-bw552ur a10 komputer üçün 672 manat ödənilməmiş hissə, 211 manat cərimə, ümumilikdə 3721 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə xx.xx.2018-ci, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer, Samsung markalı LED televizor, HP 15-bw552ur a10 komputer almış nəticədə 3721 manat borcu yaranmışdır. Müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2538 manat (18 ay x 141 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer üçün 683 manat ödənilməmiş hissə, 212 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2427 manat (18 ay x 114 manat + 375 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün 1498 manat ödənilməmiş hissə, 445 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1056 manat (12 ay x 88 manat + 0 manat ilkin ödəniş) olan HP 15-bw552ur a10 komputer üçün 672 manat ödənilməmiş hissə, 211 manat cərimə, ümumilikdə 3721 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3168 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrindən görünür ki, Cavabdeh İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer, Samsung markalı LED televizor, HP 15-bw552ur a10 komputer almış və nəticədə 3721 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın “xxxx” MMC-yə İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer üçün 683 manat ödənilməmiş hissə, 212 manat cərimə, Samsung markalı LED televizor üçün 1498 manat ödənilməmiş hissə, 445 manat cərimə, HP 15-bw552ur a10 komputer üçün 672 manat ödənilməmiş hissə, 211 manat cərimə, ümumilikdə 3721 manat borcu yaranmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer, Samsung markalı LED televizor, HP 15-bw552ur a10 markalı komputer almış, lakin alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilələr üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də məhkəmə müqavilə üzrə Cavabdeh aldığı malın dəyəri qismində müqavilə üzrə əsas borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 212 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 10 manat, 445 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 5 manat və 211 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 11 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer üçün 683 manat ödənilməmiş hissə, 10 manat cərimə, Samsung markalı LED televizor üçün 1498 manat ödənilməmiş hissə, 5 manat cərimə, HP 15-bw552ur a10 komputer üçün 672 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 2879 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu: **********98419 olan Samsung Galaxy J6 markalı telefon, X1 Nitron plus, Epson L364 printer üçün 683 manat ödənilməmiş hissə, 10 manat cərimə, Samsung markalı LED televizor üçün 1498 manat ödənilməmiş hissə, 5 manat cərimə, HP 15-bw552ur a10 komputer üçün 672 manat ödənilməmiş hissə, 11 manat cərimə, ümumilikdə 2879 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar