Məhkəmə qərarları › İş №2(044)-2938/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2938/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2938/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılmasına və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəmədə Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı kredit müqaviləsi üzrə iddia qaldıraraq, Cavabdeh 850.27 manat məbləğində əsas borcu, 97.58 manat faiz borcu, ümumilikdə 947.85 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında tutulmuş öhtəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus 583 əyarlı, 23.6 qram çəkidə 1 ədəd sep və 583 əyyarlı, 3.8 qram çəkidə 1 ədəd sırğa, cəmi 27.4 qr yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsi yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2020-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı kredit müqaviləsi üzrə 20.95 manat məbləğində əsas borcu, 10.1 manat faiz borcu, ümumilikdə 31.05 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh məxsus olan girov qoyulmuş 583 əyarlı, 23.6 qram çəkidə 1 ədəd sep və 583 əyyarlı, 3.8 qram çəkidə 1 ədəd sırğa, cəmi 27.4 qr yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 31.05 manat pul və 30 manat dövlət rüsumunun ödənilməsi, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İŞİNHALLARİ İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli GNLMB-8193 nömrəli kredit müqaviləsi imzalanmışdır. Kredit şərtlərinə görə Cavabdeh 24 ay müddətinə, illik 30% dərəcəsi ilə, 1059 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli GNLMB-8193 nömrəli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhtəliklərin icrasının təminatı kimi xx.xx.2019-cu il tarixli GNLMB- 8193 nömrəli girov müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli GNLMB-8193 nömrəli Girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh məxsus 583 əyarlı, 23.6 qram çəkidə 1 ədəd sep və 583 əyyarlı, 3.8 qram çəkidə 1 ədəd sırğa, cəmi 27.4 qr qızılzinət əşyaları girov qoyulmuşdur. xx xxxxxxxx 2020-ci il tarixə borclunun banka 850.27 manat məbləğində əsas borcu, 97.58 manat faiz borcu, ümumilikdə 947.85 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2020-ci il tarixli İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 850.27 manat məbləğində əsas, 97.58 manat faiz borcu, ümumilikdə 947.85 manat təşkil edir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı müqavilədən görünür ki, bank cavabdehə 24 ay müddətinə, illik 30% dərəcəsi ilə, 1059 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GNLMB-8193 saylı Girov müqaviləsindən görünür ki, Cavabdeh 583 əyarlı, 23.6 qram çəkidə 1 ədəd sep və 583 əyyarlı, 3.8 qram çəkidə 1 ədəd sırğa, cəmi 27.4 qr qızıl-zinət əşyalarını girov qoymuşdur; xx xxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh 950 manat məbləğində banka ödəniş etmişdir. ETİRAZİN DƏLİLLƏRi VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o iddiaçının tələb etdiyi məbləği banka ödəmişdir. Odur ki,iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini işdə olan digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəflər arasında müqavilə öhdəliyinin olmasını nəzərə alaraq ilk növbədə tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli GNLMB-8193 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, həmin bənddə müqavilə tərəfləri razılığa gəlmişlər ki, borc verən müqavilədə nəzərdə tutulmuş borc məbləğini borc alana verməli, borc alan isə müqavilədə nəzərdə tutulmuş qaydada borcu ödəməlidir. İddia tələbindən göründüyü kimi iddiaçının tələbindən biri 850.27 manat məbləğində əsas, 97.58 manat faiz, ümumilikdə 947.85 manat borcunun cavabdehdən tutulmasından ibarətdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh 950 manat məbləğində ödəniş etmişdir. Ödənişin edilməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatında da öz əksini tapmışdır. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin həcminin azadılmasına dair ərizə verərək göstərmişdir ki, cavabdeh 950 manat məbləğində ödəniş etdikdən sonra onun cəmi 31 manat 5 qəpik məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbində göstərilən həcmdə mövcud olmuş borc ödənildiyindən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin icraata qəbul edilməsindən sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verilmədiyindən və iddia tələbinin azaldılmasına dair ərizəyə sübutlar əlavə edilmədiyindən iddia tələbinin azaldılmasına dair ərizədə göstərilənlər təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddia tələbində göstərilmiş kredot borcu ödənilməklə öhdəliyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən isə borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə belə qənaətə gəlir ki, kredit borcuna dair iddia tələbi təmin edilmədiyindən iddia tələbinin qalan hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmasına lüzum yoxdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliyi sonacan yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçı sübut etməlidir ki, cavabdeh öhdəliyini sonacan yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakimi) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh məhkəməyə qədər öhdəliyini icra etmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini məhkəmə q ə t e t d i: İddiaçı ASC Cavabdeh 850.27 manat məbləğində əsas borcu, 97.58 manat faiz borcu, ümumilikdə 947.85 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bank qarşısında tutulmuş öhtəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus 583 əyarlı, 23.6 qram çəkidə 1 ədəd sep və 583 əyyarlı, 3.8 qram çəkidə 1 ədəd sırğa, cəmi 27.4 qr yönəldilməsi, qızılzinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsi yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə iddia tələbi təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ASC-y ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar